A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Not conected

Software error:

Can't call method "prepare" on an undefined value at main_menu.pl line 27.

For help, please send mail to the webmaster (webmaster@stopvaw.gender-az.org), giving this error message and the time and date of the error.


Qadın Zorakılığına Qarşı Milli Monitorinq Proqramı

Açıq Cəmiyyət İnstitutunun Qadın Proqramları Şəbəkəsi (QPŞ)İnsan Haqqları Üzrə Minesota Hüquq Müdafiəçiləri (İHMHM) 2004-cü ilin May ayında Mərkəzi və Şərqi Avropa, Cənub Şərqi Avropa, Qafqaz, Mərkəzə Asiya və Monqolustan üzrə Qadın Zorakılığına Qarşı (QZQ) Milli Monitorinq Proqramını yaratdı. Qadın zorakılığının qarşısının alınması və gender bərabərliyi sahəsində fəaliyyət göstərən regional qeyri-hökumət təşkilatları Milli QZQ Məsləhətçilər rolunda çıxış edəcəklər və təqdim olunan Qadınlara Qarşı Zorakılığa Son Qoyaq (STOPVAW) İnternet saytının Ölkə Səhifələrinin davamlı inkişafını və yenilənməsini həyata keçirəcəklər. Milli QZQ Məsləhətçiləri kimi seçilmiş QHT-lər gələcəkdə mütəxəssislərdən ibarət heyət və ya məsləhətçilərin köməyi ilə eləcə də QPŞ və İHMHM-nın davamlı məsləhətləri sayəsində müvafiq Ölkə Səhifəsinin idarə olunmasını öz üzərilərinə götürəcəklər.

Milli QZQ Monitorinq heyət üzvləri və məsləhətçilər 2004-cü ilin May və İyul aylarında keçirilən İstiqamətləndirmə Proqramlarında iştirak ediblər və burada STOPVAW İnternet saytının məqsədi və təşkilatla bağlı informasiya əldə ediblər, eləcə də STOPVAW Ölkə Səhifəsinin məzmununda dəyişiklik və əlavələr etmək üçün saytın idarə olunması mexanizmi ilə tanış olublar. Aşağıda Macarıstanın Budapeşt və Gürcüstanın Tbilisi şəhərində keçirilmiş İstiqamətləndirmə Proqramlarının təsviri və fotoşəkillərlə tanış ola bilərsiniz.

QPŞ və İHMHM Milli QZQ Məsləhətçilərinin aşağıdakı məqsədlərə nail olacağına inanır:

  1. Regionda qadın zorakılığına qarşı səmərəli strategiyalar hazırlamaq və həyata keçirmək üçün internet saytdan istifadə edən fərdlər və QHT-ın imkanlarını artırmaq;
  2. İnternet saytın Ölkə Səhifəsinin məzmunundan və müraciət forumundan hüquqi müdafiə aləti kimi istifadə etmək;
  3. Hökumətin beynəlxalq öhdəliklərini yerinə yetirməsinin monitorinqini həyata keçirmək; və
  4. Hökumətin qadın zorakılığına qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar və çatışmazlıqlar barəsində məlumatı beynəlxalq ictimaiyyətə çatdırmaq.

Azərbaycan Gender İnformasiya Mərkəzi tərəfdaş təşkilat olaraq Qadın Zorakılığına Qarşı Milli Monitorinq Proqramının Azərbaycanda həyata keçirilməsinə məsuliyyət daşıyır.

Azərbaycan Gender İnformasiya Mərkəzi (AGİM) Cənubi Qafqazda qadın hərəkatının ilk informasiya və tədqiqat mərkəzidir. Mərkəz 2002-ci ildə Açıq Cəmiyyət İnstitutunun Azərbaycan bölməsinin dəstəyi ilə açılıb.

Mərkəzin əsas məqsədləri aşağıdakılardır:

  • milli gender portalını yaratmaq;
  • gender və informasiya texnologiyaları sahəsində milli strategiya hazırlamaq;
  • qadın QHT-ı və qadın təşəbbüs qruplarını dəstəkləmək;
  • yerli mətbuatda qadın məsələlərinin işıqlandırılmasının monitorinqini həyata keçirmək; və
  • milli qadın portalı vasitəsilə informasiya texnologiyaları sahəsində treninqlər həyata keçirmək.

Azərbaycan Gender İnformasiya Mərkəzi ilə bağlı ətraflı məlumat əldə etmək üçün mərkəzin internet saytına buradan daxil ola bilərsiniz.

Yuliya Qureyeva Gender İnformasiya Mərkəzinin Azərbaycan üzrə QZQ Milli Məsləhətçisidir. O, STOPVAW internet saytının Azərbaycan üzrə səhifəsini idarə edəcək.

Yuliya Qureyeva Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin məzunudur və Gender Tədqiqatları üzrə Magistr dərəcəsinə malikdir.

Altmenyu
[an error occurred while processing this directive]