A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Qadın Alveri

 

Həm cinsi həm də əmək istismarını nəzərdə tutan insan alveri aktual bir problemdir. İnsan alveri bütün regionlara və dünyanın əksər ölkələrinə təsir göstərir. Həm kişilər həm də qadınlar insan alverinin qurbanlarına çevrilə bilərlər, lakin bütün dünyada bu bəlanın əsəs qurbanları qadınlar və qızlardır ki, onların da əksəriyyəti cinsi istismar məqsədilə insan alverinə cəlb olunurlar. İnsan alveri ilə məşğul olanlar əsasən qadınları hədəf seçirlər, çünki onlar bu və digər dərəcədə kasıbçılıq və cinsi ayrı-seçkiliyin təsiriniə məruz qalırlar ki, bu da onların məşğulluq, təhsil almaq və digər resurslardan istifadə etmək imkanlarının qarşısını alır.

 

Mərkəzi və Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyində (MŞA/MDB) eləcə də dünyada qadın hüqüq müdafiəçiləri qadınlardan seks industriyasında alver predmeti kimi istifadə olunmasını insan hüqüqlarının pozulması və gender zəminində baş verən zorakılıq kimi vurğulayırlar. Bundan əlavə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları üzrə Ali Komissiyası (BMTİHAK) bu problemin qlobal səviyyədə insan haqqları baxımından araşdırılması məqsədilə Xüsusən qadın və uşaqların cəlb olunduğu insan alveri üzrə Xüsusi Məruzəçi təyin edib. Xüsusi Məruzəçinin mandatı insan alverinin qurbanlarının insan haqqları aspektini diqqət mərkəzində saxlamaq, alver predmeti olmuş şəxslərə qarşı edilən zorakılıq hərəkətlərinə qarşı tədbir görmək, xüsusi vəziyyəti dərk etmək üçün ölkəyə səfər etmək, insan alverinin qarşısını almaq və mübarizə aparmaq istiqamətində tövsiyyələr vermək və xüsusi məruzəçi kimi öz fəaliyyəti ilə bağlı Komissiyaya illik hesabat təqdim etməkdən ibarətdir. Bu vaxta qədər Xüsusi Məruzəçi xanım Siqma Huda iki hesabat təqdim edib. Bunlardan biri Qadınların Hüquqlarının İnteqrasiyası və Gender Perspektivi, adlı hesabatda insan alverinin hələ də “qanun və qayda” problemi zəminində izah olunduğu göstərilir və insan haqqlarının pozulmasının insan alverinə olan təsiri araşdırılır.

 

Digər məruzə isə Bosniya və Hersoqovinaya missiya haqqındadır. Qadın alveri qadınların xaricdə işləmək qərarı qəbul etmələrinə təsir göstərən bir çox zorakılıqları özündə birləşdirən mürəkkəb fenomendir. Bəlkə də ən güclü amil iqtisadi gerilikdir və bu da bir çox ölkələrdə kişilərə nisbətən qadınların onları razı sala biləcək iş yeri tapmaqda çətinliklə üzləşməsinə səbəb olur. Qadınlar məşğulluq poblemini həll etmək üçün kömək istəyəndə, iş yerindən icazə istəyəndə, viza və digər sənədlər üçün müraciət edəndə insan alverinin qurbanlarına çevrilə bilərlər. İnsan alveri ilə məşğul olanlar qadınların çıxılmaz vəziyyətindən sui-istifadə edərək iş şəraiti və yaxşı əmək haqqı ilə bağlı yalan və saxta vədlər verməklə onları öz cinəyətkar şəbəkələrinə cəlb edirlər. Qadınlara qarşı zorakılıq üzrə keçmiş Xususi Məruzəçi Radika Kumarasvaninin dediyi kimi “insan alveri beynəlxalq və milli hərəkatlar və miqrasiyalar zəminində nəzərdən keçirilməlidir ki, bu da inkişaf etməkdə olan iqtisadi qloballaşma, miqrasiyanın feministləşdirilməsi, silahlı münaqişələr, Dövlətin süqutu və yə sərhədlərinin yenidən müəyyənləşdirilməsi və siyasi sərhədlərin formalaşmasında ehtiva olunur”.

 

 

MŞA/MDB ölkələrindən olan qadınlar dünyanın bütün ölkələrinə rəsmi və qeyri-rəsmi yolla alver məqsədilə aparılırlar. Bəzi hallarda qadınlar insan alveri biznesinin əsasını təşkil edən amansız iş şəraiti və zorakılıqdan xəbərsiz halda seks industriyasında çalışmaq üçün xarici ölkələrə üz tuturlar. Digərləri isə xarici ölkələrdə rəqqasə, qulluqçu və dayə kimi iş yerləri təkif edən elanlara müraciət edirlər və bunun nəticəsi olaraq zorla fahişəliyə məcbur olunurlar və onlardan cinsi məqsədlər üçün qul kimi istifadə edirlər. Getdikləri ölkələrdə qadınlar fiziki zorakılıqlara, cinsi təzyiqlərə və zorlamalara məruz qalırlar, döyülürlər, həbsə düşürlər, hədə qorxu və təzyiqlərlə üzləşirlər.

 

 

Beynəlxaq qanuna əsasən hökümətlər vətəndaşlarını insan alverindən qorumaq və bu bəlanın qurbanlarını müdafiə etmək məqsədilə proqramlar həyata keçirməlidirlər. Qadın alverinin qarşısını almaq bu problemin kökündə dayanan amillləri nəzərdən keçirməyi eləcə də potensal qurbanların maarifləndirilməsini tələb edir. Hökümət və qeyri-hökümət proqramları alver predmetinə çevrilmək riskində olan qadınları müəyyən etməli və onlara özlərini təhlükəyə atmadan xaricdə iş tapmaq vasitələrini təmin etməlidirlər. Eyni zamanda qadın alverinə qarşı mübarizə aparmaq üçün əmək bazarında olan gender bərabərsizliyi probleminə müraciət edən proqramların da həyata keçirilməsinə ehtiyac vardır. Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları üzrə Ali Komissarı 2002-ci ildə İnsan Haqqları və İnsan Alveri Sahəsində Tövsiyyə Olunan Prinsiplər və İstiqamətlər adlı hesabatı təqdim edib. Məruzədə insan alverinin kökündə dayanan amillərə diqqəti yönəltməyin vacibliyi önə çəkilir; “insan alverinin qarşısını almağa yönəlmiş strategiyalar problemin kökündə dayanan məsələlərə yönəlməlidir. Dövlət və hökümət orqanları qeyri-bərabərlik, kasıbçılıq, ayrı-seçkilik və mövhumatçılıq da daxil olmaqla insan alverinin artmasına səbəb olan amilləri nəzərə almalıdırlar”.

 

İnsan alverinə qarşı əsaslı şəkildə mübarizə aparmaq strategiyası eyni zamanda qurbanların da təhlükəsizliyini nəzərə almalıdır. Alverin qurbanlarına çevrilmiş insanlar vətənlərinə qaytarıldıqdan sonra onlarla işləyən qeyri-hökümət təşkilatları (QHT) və dövlət orqanları qadınların yenidən inteqrasiya olmalarında üzləşdikləri çoxsaylı problemlərin həllinə də səy göstərməlidirlər. İnsan alverinin qurbanları fiziki və əqli sağlamlıqlarını bərpa emələri üçün tibbi yardıma, iş tapmaq və məşğulluq üzrə treyninqlərə, yaşayış problemlərinin həll olunmasında və uşaqlarına qayğı göstərə bilmələrində yardımlara ehtiyac duyurlar.

 

Altmenyu