A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Qanunvericilik İstiqamətləri və Yeni Şərait

 

Sonuncu dəfə 28 iyun 2005-ci ildə yenilənib

 

Qadınların müdafiəsini artıran yeni Cinayət Məcəlləsi (Rus dilində) 1 sentyabr 2000-ci ildə qüvvəyə mindi. Artıq zorlama halına görə cəzalandırma və şəxsin zorla fahişəliyə cəlb olunmasına görə azadlıqdan məhrum etmə cəzaları sərtləşdirilib. Bundan əlavə, insan alverinə qarşı beynəlxalq mübarizə təşəbbüslərinin yeni qanunvericiliyə şamil edilməsi cəhdləri hiss olunur. İnsan Haqları Üzrə Komitənin 2003-cü il Yekun Rəyində Cinayət Məcəlləsinin bir neçə müvafiq bəndələri təsvir olunur.

 

Avropa Şurasına təqdim olunan memorandumda Azərbaycan nümayəndə heyətinin verdiyi məlumata əsasən Azərbaycan Prezidenti 2000-ci ildə «Azərbaycan Respublikasında Milli Gender Siyasətinin Həyata Keçirilməsi» haqqında fərman imzalayıb. Fərmanda qadınların hökumət strukturlarında bərabər təmsil olunmasının irəli çəkilməsi, qaçqın və məcburi köçkün düşmüş qadınların işlə təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi və qanunvericiliyin gender məsələləri baxımında nəzərdən keçirilməsi zərurəti qeyd olunur. Fərmanda nazirlik və icra hakimiyyəti orqanlarına qadınların dövlət idarəetmə sistemində bərabər təmsil olunması, iqtisadi islahatlar və milli qanunvericilikdə gender təcrübəsinin təmin olunmasında qadınlara bərabər imkanların təmin olunması kimi tələbləri həyata keçirmək tapşırılır.

 

Azərbaycan 30 mart 2004-cü il tarixində Uşaq Əməyinin Ağır Formalarının Qadağan Olunması və Dərhal Tədbirlərin Görülməsinə Dair Konvensiyanı təsdiq edib (BƏT C182).

 

ATƏT-in verdiyi məlumata əsasən Azərbaycan 18 may 2004-cü ildə insan alverinə qarşı mübarizə üzrə yeni fəaliyyət planını qəbul edib. Yeni plan insan alverinə qarşı mübarizə üzrə xüsusi şöbənin yaradılması və resursların birləşdirilməsi məqsədilə Milli Kordinator vəzifəsinin təsis olunmasını nəzərdə tutmaqla polisin bu istiqamətdəki səylərini əlaqələndirəcək.

 

Qadınlara və Kişilərə Bərabər Hüquqların Təmin Olunmasının Dövlət Təminatına Dair Qanun layihəsi Milli Məclisdə birinci (yanvar 2006) və ikinci oxunuşdan (may 2006) keçib. Qanunda qadınlara və kişilərə bərabər hüquqların və bərabər imkanların təmin olunmasının təminatı nəzərdə tutulub və gender zəminində baş verən ayrı-seçkiliyin bütün formalarının qeyri-qanuni olduğu bildirilir. Qanunda dövlət idarəetmə məsələlərində, təhsil, iqtisadi və əmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması nəzərdə tutulur. Lakin bununla bərabər Qanunda bir sıra ciddi çatışmazlıqlar vardır ki, bunlar da sənədin əhəmiyyətini azalda və nəzərdə tutulan bəndlərin yalnız kağız üzərində qalması ilə nəticələnə bilər. Hal hazırda Qanun yerli QHT və beynəlxalq mütəxəssislər tərəfindən müzakirə edilir. Təqdim olunan tövsiyələrin nəzərə alınacağı və Qanunun üçüncü oxunuşda Milli Məclis tərəfindən mükəmməl formada qəbul olunacağı gözlənilir.

 

Azərbaycan Parlamenti 28 iyun 2005-ci ildə İnsan Alverinə Qarşı Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Qanunun ölkədə insan alverinə qarşı aparılan mübarizənin səmərəliliyini artıracağı gözlənilir. Qanunda İnsan Alveri, İnsan İstismarı ilə Məşğul Olanlar və İnsan Alveri Qurbanlarının sistemləşdirilmiş təyinatı əks olunub və insan alveri cinayətinə görə azadlıqdan məhrum etmə müddəti 15 ilədək uzadılıb. Qanunda eyni zamanda insan alverinin qurbanlarına yardım göstərilməsi və müdafiə olunması tədbirləri nəzərdə tutulur və insan alverindən əziyyət çəkmiş insanlar üçün Azərbaycanda bərpa mərkəzlərinin yaradılması göstərilir.

Altmenyu