A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Məruzə Qrafiki

 

Sonuncu dəfə 5 iyun 2006-cı ildə yenilənib

 

Azərbaycan aşağıdakı beynəlxalq konvensiyaların tələblərini hansı formada qarşıladığını və həyata keçirdiyini ətraflı şəkildə təsvir etmək üçün dövri məruzələr təqdim etməlidir:

 

Mülki və Siyasi Hüquqlara Dair Beynəlxalq Pakt

Üçüncü Dövri Məruzə 1 noyabr 2005-ci il tarixində təqdim olunmalı idi və bu vaxta qədər təqdim olunmayıb.

 

Mülki və Siyasi Hüquqlara Dair Beynəlxalq Pakt

 

Birinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 12 noyabr 1993

· Təqdim olunub: 21 aprel 1994

· 1332-ci toplantının qısa xülasəsi (Fransız)

· 1333-cü toplantının qısa xülasəsi

· 1334-cü toplantının qısa xülasəsi (Fransız)

· 1335-ci toplantının qısa xülasəsi

· 1336-cı toplantının qısa xülasəsi (Fransız)

· Komitənin yekun rəyi (Fransız)

· Həyata keçirilən hüquqi islahatlarda milli azlıqların hüquqlarının nəzərə alınması daxil olmaqla Komitə Azərbaycan hökumətinə bir sıra tövsiyələr təqdim etmişdir. Bundan əlavə, ictimaiyyətin insan hüquqları ilə bağlı məlumatlılığının artırılması və maarifləndirilməsi də vurğulanmışdır.

İkinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 12 noyabr 1998

· Təqdim olunub: 8 noyabr 1999

· Toplantının qısa icmalı (Fransız)

· Komitənin yekun rəyi (Fransız) (İspan)

Komitə, 1 noyabr 2001-ci il tarixli bəyanatında qadınlara qarşı zorakılıq və ya qadın problemləri ilə bağlı dörd məsələ ilə əlaqədar öz qeydlərini ifadə edib. Bu problemlərə qadın alveri, zorlama, ailə-daxili zorakılıq, arzuolunmaz hamiləlik və qadınların ənənəvi rolları daxildir. İnsan alveri problemi ilə əlaqədar Komitə bu cür fəaliyyətlərlə birbaşa mübarizə aparmaq üçün qanunvericiliyə cəza tədbirlərinin daxil edilməsini tövsiyə edib. Komitə zorlanma hallarının baş verməsindən və ailə-daxili zorakılığın problem kimi qəbul edilməməyindən narahatlığını bildirib. Xüsusən ailə-daxili zorlama hallarına qarşı mübarizədə səmərəli tədbirlərin həyata keçirilməsi, hökumətə qadınların öz hüquqları üzrə maarifləndirilməsi kompaniyasını təşkil etməsi və qadınlara qarşı zorakılığın bütün formaları ilə əlaqədar məlumatlar toplaması tövsiyə olunur. Arzuolunmaz hamiləlik hallarına gəldikdə isə, Komitə hökumətə qadınların bu cür hallarda çıxış yolu olaraq həyat üçün təhlükəli olan abortlardan istifadə etməsini azaltmaq məqsədilə ailə planlaşdırılması proqramlarını həyata keçirməyi tövsiyə edib. Nəhayət, Komitə Azərbaycan hökumətinə qadınların ictimai həyatda rolunu artırmaq üçün səylərini artırmağı və qadınların rolları ilə bağlı ənənəvi yanaşmanı aradan qaldırmaq üçün proqramlar həyata keçirməyi tövsiyə edib.

· Azərbaycan hökumətinin qeydləri (Fransız) (İspan)

Əlavə Məlumat

· Təqdim olunmalıdır: 2 noyabr 2002

· Təqdim olunub: 12 noyabr 2002

Üçüncü Dövri Məruzə

· Təqdim olunmalıdır: 1 noyabr 2005

· Təqdim olunmayıb

 

 

 

İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Beynəlxalq Pakt
Üçüncü Dövri Məruzə 30 iyun 2009-cu ildə təqdim olunmalıdır.İqtisadi, Sosial və Mədəni Hüquqlar Üzrə Beynəlxalq Pakt

Sonuncu dəfə 5 iyun 2006-cı ildə yenilənib

 

Birinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 30 iyun 1994

· Təqdim olunub: 4 yanvar 1996

· 39-cu toplantının qısa icmalı (Fransız) (İspan)

· 40-cı toplantının qısa icmalı (Fransız) (İspan)

· 41-ci toplantının qısa icmalı (Fransız) (İspan)

· Komitənin yekun rəyi (Fransız) (İspan)

· Komitə qadınların ali təhsildəki iştirakını alqışlayıb. Bununla yanaşı Komitə qadınların səhiyyə sistemindəki vəziyyətini, qadınlar üçün peşəkar imkanların yaradılması və genderlər arası gəlir uyğunsuzluğunu daha yaxşı qiymətləndirmək üçün obyektiv məlumatlara ehtiyac olduğunu vurğulayıb. Komitə hamiləlik və doğum zamanı qadınlara müvafiq səhiyyə xidmətlərinin göstərilmədiyini qeyd edib və Azərbaycan hökumətinə hamilə qadınlara lazımi səhiyyə xidmətlərinin göstərilməsini təmin etməyi tövsiyə edib. Komitə eyni zamanda növbəti məruzədə zorakılığın qurbanına çevrilmiş qadınlarla bağlı həyata keçirilən tədbirləri əks etdirən ətraflı məlumat daxil etməyi xahiş edib.

İkinci Dövri Məruzə

· Təqdim olunmalıdır: 30 iyun 1999

· Təqdim olunub: 6 may 2003

Üçüncü Dövri Məruzə

· Təqdim olunmalıdır: 30 iyun 2009

 

Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiya

sonuncu dəfə 5 iyun 2006-cı ildə yenilənib

Birinci Dövri Məruzə

· Təqdim olunmalıdır: 9 avqust 1996

· Təqdim olunub: 11 sentyabr 1996

· Komitənin yekun rəyi (Fransız) (İspan)

· Komitə regional ailə planlaşdırılması mərkəzlərinin yaradılmasını eləcə də qadın sahibkarlara borc və kreditlərin verilməsini nəzərdə tutan qadınlar bankının yaradılması təklifini alqışlayıb. Komitə qadınlara qarşı ayrı-seçkilik anlayışının və bu cür hallara qarşı cəza tədbirləri mexanizminin müəyyən olunmamağına görə narahatlığını bildirib və Konvensiyada öz əksini tapmış təyinatın qəbul edilməsini tövsiyə edib. İnsan alveri ilə bağlı Komitə Azərbaycan hökumətinə mövcud qanunvericiliyi nəzərdən keçirməyi və qadın alveri ilə bağlı ayrı-seçkilik yaradan məqamları aradan qaldırmağı eləcə də mühacir qadınların istismara məruz qalmaq riskini azaltmaq üçün onları məlumatlandırmağı tövsiyə edib. Bundan əlavə, Komitə hökumətə qadınlara qarşı zorakılığın üstünlük təşkil etməsini və miqyasını qiymətləndirmək və zorakılığa qarşı mübarizə üzrə proqramlar hazırlamaq üçün yerli QHT-lərlə əməkdaşlıq etməyi təklif edib.

 

İkinci və Üçüncü Dövri Məruzə

· Təqdim olunmalıdır: 9 avqust 2000 və 9 avqust 2004

· Təqdim olunub: 7 yanvar 2005

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiya Beşinci və Altıncı Dövri Məruzələr 15 sentyabr 2007-ci ildə təqim olunmalıdır.

 

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiya

 

Birinci və İkinci Dövri Məruzələr (Fransız) (İspan)
(birləşdirilib)

· Təqdim olunmalıdır: 15 sentyabr 1997 və 15 sentyabr 1999

· Təqdim olunub: 18 dekabr 1998

· 1358-ci toplantının yekun icmalı (Fransız)

· 1359-cu toplantının yekun icmalı

· 1368-ci toplantının yekun icmalı (Fransız)

· Komitənin yekun rəyi (Fransız) (İspan)

· Komitə etnik qrupların məşğulluq, mənzil və təhsillə təmin olunmaq kimi məsələlərdə ayrı-seçkiliklə qarşılaşdıqlarından narahatlığını bildirib. Komitə irqi ayrı-seçkilikdən əziyyət çəkən milli azlıqların problemlərinin həll olunması istiqamətində Azərbaycan hökumətinə müvafiq addımlar atmağı tövsiyə edib. Hökumətə eyni zamanda Konvensiyanın tələblərini həyata keçirmək üçün insan haqları üzrə milli təşkilatın yaradılmasını nəzərdən keçirmək tövsiyə edilib.

 

Üçüncü və Dördüncü Dövri Hesabatlar (birləşdirilib) (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 15 sentyabr 2001 və 15 sentyabr 2003

· Təqdim olunub: 29 may 2004

· Qısa icmal (Fransız)

· Komitənin yekun rəyi (Fransız) (İspan)

· İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Üzrə Komitənin gəldiyi qənaətə əsasən Azərbaycan hökumətinin təqdim etdiyi məruzədə İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiyanın (İABFAQK) tələblərinin həyata keçirilməsi ilə bağlı kifayət qədər məlumat daxil edilməyib. Komitə, hökumətə sığınacaq axtaranlar, qaçqınlar, vətəndaşlığı olmayan şəxslər, məcburi köçkünlər və uzun müddətli sakinlərin irqi ayrı-seçkiliyə məruz qalmasının qarşısını almaq və bu cür hallara qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirləri təsvir edən məlumatlar təqdim etməməsi ilə əlaqədar narahatlığını bildirir. Qadınların hüquqları ilə əlaqədar narahatlıqlar əsasən insan alveri üzrə qanunlar və siyasətlə eləcə də qurbanlara lazımi dəstəyin göstərilməməsi ilə bağlıdır.

Beşinci və Altıncı Dövri Məruzələr

· Təqdim olunmalıdır: 15 sentyabr 2007

 

Uşaq Hüquqları Üzrə Konvensiya
Üçüncü və Dördüncü Dövri Məruzələr 11 sentyabr 2009-cu ildə təqdim olunmalıdır.

Uşaq Hüquqları Üzrə Konvensiya

Birinci Dövri Məruzə (Fransız)

· Təqdim olunmalıdır: 11 sentyabr 1994

· Təqdim olunub: 9 noyabr 1995

· Məsələlərin Siyahısı

· 390-cı toplantının qısa icmalı

· 391-ci toplantının qısa icmalı

· 392-ci toplantının qısa icmalı

· Komitənin yekun rəyi (Fransız)

· Komitə Azərbaycan hökumətinə hüquqi islahatlar həyata keçirməyi və Parlamentdə İnsan Hüquqları Üzrə Komissiyanın yaradılmasını tövsiyə edib. Komitə bu vaxta qədər uşaq hüquqlarının müdafiəsini irəli çəkən və müdafiə edən hərtərəfli qanunvericilik aktının və ya siyasətinin qəbul olunmamasından narahatlığını ifadə edib. Eyni zamanda uşaq fahişəliyinin artması və ailə daxilində uşaq istismarı ilə bağlı məlumat azlığı da narahatlıq doğuran məsələlərə aid edilib. Komitə, Azərbaycan hökumətinə uşaqların vəziyyətini qiymətləndirmək və müvafiq tədbirlər həyata keçirmək eləcə də zorakılıq, pis davranış və uşaq intiharı ilə bağlı araşdırmalar aparmaq üçün məlumatların toplanması sisteminə diqqət ayırmağı tövsiyə edib.

İkinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 11 sentyabr 1999

· Təqdim olunub: 9 fevral 2004

· 1104-cü toplantının qısa icmalı

· 1106-cı toplantının qısa icmalı

· Komitənin yekun rəyi

· Uşaq Hüquqları Üzrə Komitə Azərbaycan hökumətinin təqdim etdiyi Uşaq Hüquqları üzrə Konvensiya (UHK) ilə əlaqədar ikinci hesabata 27 yanvar 2006-cı il tarixində yekun rəyini qəbul etdi. Komitə hökumətə UHK-nın tələblərinin həyata keçirilməsini nəzərdə tutan bir sıra qanunvericilik aktlarının qəbul olunmasını və proqram tədbirlərinin həyata keçirilməsini tövsiyə edib. Komitə, Dağlıq Qarabağ regionunun de-fakto olaraq Azərbaycan hökumətinin nəzarəti altında olmadığını nəzərə alaraq UHK-nın burada həyata keçirilməsinin çətinliyini qeyd edir. Komitə eyni zamanda hökumətin hesabatında narahatlıq doğuran bir sıra məqamları vurğulayır: Konvensiyanın ümumi prinsipləri; hüquqlar və qanunlar; ailə mühiti və alternativ qayğı; başlıca sağlamlıq və rifah; təhsil, istirahət və mədəni fəaliyyətlər; xüsusi müdafiə tədbirləri; və məlumatın çatdırılması və yayılması. Qeyd olunan sahələrin hər biri üzrə Komitə təkmilləşdirmə üzrə tövsiyələrini təqdim edir. Komitə, Azərbaycan hökumətini üçüncü və dördüncü məruzələri 11 sentyabr 2009-cu il tarixindən öncə təqdim etməyə çağırır.

Üçüncü və Dördüncü Dövri Məruzə

· Təqdim olunmalıdır: 11 sentyabr 2009

 

Uşaqların silahlı münaqişələrdə iştirakı zamanı Hüquqlarının Müdafiəsi Üzrə Konvensiyaya Əlavə Edilmiş Könüllü Protokol

Üçüncü Dövri Məruzə 3 avqust 2004-cü il tarixində təqdim olunmalı idi və hələ təqdim olunmayıb.

 

Uşaqların silahlı münaqişələrdə iştirakı zamanı Hüquqlarının Müdafiəsi Üzrə Konvensiyaya Əlavə Edilmiş Könüllü Protokol

 

Birinci Dövri Məruzə

· Təqdim olunmalıdır: 3 avqust 2004

· Təqdim olunmayıb

 

 

 

Uşaqların Hüquqlarının Qorunması Üzrə Konvensiyaya Əlavə Edilmiş uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası üzrə Könüllü Protokol


Birinci Dövri Məruzə 3 avqust 2004-cü ildə təqdim olunmalı idi və hələ təqdim olunmayıb.

Uşaqların Hüquqlarının Qorunması Üzrə Konvensiyaya Əlavə Edilmiş uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası üzrə Könüllü Protokol

 

Birinci Dövri Məruzə

· Təqdim olunmalıdır: 3 avqust 2004

· Təqdim olunmayıb

 

 

İşgəncə və Qəddar, Qeyri-İnsani və ya Alçaldıcı Davranış və ya Cəzalandırılmaya Dair Konvensiya
Üçüncü Dövri Məruzə 14 sentyabr 2005-ci ildə təqdim olunmalıdır.

İşgəncə və Qəddar, Qeyri-İnsani və ya Alçaldıcı Davranış və ya Cəzalandırılmaya Dair Konvensiya

 

Birinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 14 sentyabr 1997

· Təqdim olunub: 18 dekabr 1998

· 401-ci toplantının qısa icmalı

· 404-cü toplantının qısa icmalı (Fransız)

· 406-cı toplantının qısa icmalı (Fransız)

· Komitənin yekun rəyi (Fransız) (İspan)

· Komitə hüquq mühafizə və tibb işçilərinə işgəncələrin qadağan olunması üzrə təlimlərin keçirilməsini təqdir edib. Bununla yanaşı Komitə, cinayət üzrə qanunlarda işgəncə anlayışının təyin olunmamasından narahatlığını bildirib və işgəncə hallarına qarşı cəza tədbirlərinin qanunlara daxil edilməsini tövsiyə edib.

İkinci Dövri Məruzə (Fransız) (İspan)

· Təqdim olunmalıdır: 14 sentyabr 2001

· Təqdim olunub: 7 noyabr 2001

· 550-ci toplantının qısa icmalı (Fransız)

· 553-cü toplantının qısa icmalı

· Komitənin yekun rəyi

· Komitənin yekun rəyi

· Komitənin yekun rəyiDüzəlişlər. (Fransız) (İspan)

· İşgəncələrə Qarşı Komitənin rəy və tövsiyələri ilə bağlı Azərbaycan Respublikası Hökumətinin Şərhləri: Azərbaycan

Üçüncü Dövri Məruzə

· Təqdim olunmalıdır: 14 sentyabr 2005

 

 

Bütün Mühacir İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiə Olunması Üzrə Beynəlxalq Konvensiya
Birinci Dövri Məruzə 1 iyul 2004-cü il tarixində təqdim olunmalı idi və hələ təqdim olunmayıb.

Bütün Mühacir İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiə Olunması Üzrə Beynəlxalq Konvensiya

 

 

Birinci Dövri Məruzə

· Təqdim olunmalıdır: 1 iyul 2004

· Təqdim olunmayıb

Bütün məruzə tarixləri BMT-nin İnsan Haqları Üzrə Ali Komissarının Sazişlərin Məlumatlar Bazasından əldə edilib.

 

Altmenyu