A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Beynəlxalq Sazişlər

Sonuncu dəfə 15 iyul, 2004-cü ildə yenilənib

Beynəlxalq Sənədlər

 

Mülki və Siyasi Hüquqlara Dair Beynəlxalq Pakt: 13 avqust 1992-ci ildə qeyd-şərtsiz olaraq qoşulub. 13 noyabr 1992-ci ildə qüvvəyə minib. Könüllü Protokol 27 noyabr 2001-ci ildə qeyd-şərtsiz olaraq qəbul edilib və 27 fevral 2002-ci ildə qüvvəyə minib. İkinci Könüllü Protokola 22 yanvar 1999-cu ildə 1 və 2-ci Bəndlərə qeyd-şərt olmaqla qoşulub və 22 aprel 1999-cu ildə qüvvəyə minib.

 

İqtisadi, Sosial və Mədəni Hüquqlara Dair Beynəlxalq Pakt: 13 avqust 1992-ci ildə qeyd-şərtsiz qoşulub. 13 noyabr 1992-ci ilə qüvvəyə minib. Könüllü Protokol 1 iyun 2001-ci ildə qeyd-şərtsiz təsdiq edilib və 1 sentyabr 2001-ci ildə qüvvəyə minib.

 

İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiya: 16 avqust 1996-cı ildə 14-cü Bəndə bəyannamə ilə qəbul edilib. 15 sentyabr 1996-cı ildə qüvvəyə minib.

 

Uşaq Hüquqları Üzrə Konvensiya: 13 avqust 1992-ci ildə qeyd şərtsiz olaraq qoşulub və 12 sentyabr 1992-ci ildə qüvvəyə minib.

 

Uşaqların silahlı münaqişələrdə iştirakı zamanı Hüquqlarının Müdafiəsi Üzrə Konvensiyaya Əlavə Edilmiş Könüllü Protokol 3 iyul 2002-ci ildə 3-cü Bəndə bəyannamə ilə qəbul edilib və 3 avqust 2002-ci ildə qüvvəyə minib.

 

Uşaq Hüquqlarının Qorunması Üzrə Konvensiyaya Əlavə Edilmiş uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası üzrə Könüllü Protokol 3 iyul 2002-ci ildə qeyd-şərtsiz qəbul edilib və 2 avqust 2002-ci ildə qüvvəyə minib.

 

İşgəncə və Qəddar, Qeyri-İnsani və ya Alçaldıcı Davranış və ya Cəzalandırılmaya Dair Konvensiya: 16 avqust 1996-cı ildə 22-ci Bəndə bəyannamə ilə qəbul edilib və 15 sentyabr 1996-cı ildə qüvvəyə minib. Könüllü Protokol: Heç bir addım atılmayıb.

 

Bütün Mühacir İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiə Olunması Üzrə Beynəlxalq Konvensiya: 11 yanvar 1999-cu ildə qeyd-şərtsiz qoşulub. 1 iyul 2003-cü ildə qüvvəyə minib.

 

Qaçqınların Statusu ilə bağlı Konvensiya: 12 fevral 1993-cü ildə qeyd-şərtsiz qəbul edilib. 13 may 1993-cü ildə qüvvəyə minib. Qaçqınların Statusu ilə bağlı Protokol da həmin tarixdə təsdiq edilib.

 

Köləliyin, Kölə Ticarətinin və Köləliyə Bərabər olan Fəaliyyətlərin və Birliklərin Ləğv Edilməsi Üzrə Əlavə Konvensiya: 16 avqust 1996-cı ildə qeyd-şərtsiz qoşulub. 16 avqust 1996-cı ildə qüvvəyə minib.

 

İnsan, Xüsusən Qadın Və Uşaq Alverinin Qarşısının Alınması, Dayandırılması və Cəzalandırılması Üzrə Protokol: 12 dekabr 2000-ci ildə imzalanıb. 30 oktyabr 2003-cü ildə təsdiq edilib.

 

Beynəlxalq Cinayət Məhkəməsi Üzrə Roma Nizamnaməsi: Heç bir addım atılmayıb.

 

BƏT C29 Məcburi Əmək Üzrə Konvensiya: 19 may 1992-ci ildə təsdiq edilib.

 

BƏT C111 Ayrı-Seçkilik (Məşğulluq və Peşə) Üzrə Konvensiya: 19 may 1992-ci ildə təsdiq edilib.

 

BƏT C143 Mühacir İşçilər (Əlavə Maddələr) Üzrə Konvensiya: Heç bir addım atılmayıb.

 

BƏT C182 Uşaq Əməyinin Ağır Formaları Üzrə Konvensiya: 30 mart 2004-cü ildə qəbul edilib.

 

Regional Sazişlər

 

Avropa Şurasının Nizamnaməsi: Azərbaycan 25 yanvar 2001-i ildə Avropa Şurasının üzvlüyünə qəbul edilib.

 

Avropa Sosial Xartiyası (düzəliş edilmiş): 18 oktyabr 2001-ci ildə imzalanıb.

 

İnsan Hüquqları və Başlıca Azadlıqların Müdafiəsi Üzrə (Avropa) Konvensiya 15 aprel 2002-ci ildə təsdiq edilib. 1, 2, 3, 4, 5, 6, 7, 8, və 11-ci Protokollar 15 aprel 2002-ci ildə təsdiq edilib. 12-ci Protokol 12 noyabr 2003-cü ildə imzalanıb. 9, 10, 13 and 14-cü Protokollarla bağlı heç bir addım atılmayıb.

 

İşgəncə və Qeyri-İnsani və ya Alçaldıcı Davranışın Qarşısının Alınması və ya Cəzalandırılması Üzrə Avropa Konvensiyası: 25 yanvar 2000-ci ildə imzalanıb. 15 aprel 2002-ci ildə bəyannamə ilə təsdiq edilib və qüvvəyə minib. Protokol 1Protokol 2 həmin tarixdə təsdiq edilib.

 

Milli Azlıqların Müdafiə Olunması Üzrə (Avropa) Çərçivə Konvensiyası: 26 iyun 2000-ci ildə bəyannamə ilə təsdiq edilib.

 

Altmenyu