A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Tədqiqat və Hesabatlar


Sonuncu dəfə 22 Mart, 2006-cı ildə yenilənib

 

Qadınlara Qarışı Zorakılıq Sahəsində Avropa Şurasına Üzv Ölkələrin Qanunvericiliyi adlı hesabat Birləşmiş Krallığın nümayəndəsi Cill Radford tərəfindən 2004-cü ilin Martında Avropa Şurasının Kişilər və Qadınların Bərabərliyi üzrə Gündəlik Məsələlərin Araşdırılması Komitəsi üçün hazırlanıb (Doc. EG 2004 2).

Bu hesabatda Avropa Şurasına üzv olan 45 ölkədən 38-də qadınlara qarşı zorakılıq üzrə milli qanunvericilik araşdırılır. Avropa Şurası, 1995-ci ildə üzv ölkələrdən müvafiq qanunvericilik üzrə sorğu vərəqəsini tamamlamağı xahiş etdi və bunun ardınca Şura tərəfindən aparılan araşdırma üzv ölkələrin fərqli qanunvericiliklərinin tədqiqata cəlb olunmasına imkan yaratdı. Hesabat iki cilddən ibarətdir, sonda qadınlara qarşı zorakılığı qadağan edən yaxşı təcrübə və effektiv qanunvericiliklərin siyahısı təqdim olunub. Azərbaycanla bağlı məlumat səhifə 29-34-də öz əksini tapıb.

BMT-nin Qadınların Tərəqqisi Üzrə Bölməsinin 2005-ci il Hesabatı, Azərbaycan Gender İnformasiya Mərkəzi, 2005.
Azərbaycanda Qadınlara Qarşı Zorakılıq Üzrə QHT Hesabatı.

Azərbaycanda Qadın və Uşaq Alveri Problemi Kütləvi Mətbuatın gözü ilə. Təmiz Dunya.

“Təmiz Dünya” adlı Qeyri-Hökumət Təşkilatı Azərbaycan Respublikasında 2004-cü ilin Martından - 2005-ci ilin Mart ayınadək nəşr olunmuş 34 dövri mətbuatın monitorinqini həyata keçirib. Bu hesabatda toplanmış və təhlil edilmiş məlumatlar insan alveri üzrə 170 və cinsi zorakılıqla bağlı 15 halı əhatə edir. Hesabatda Kütləvi Mətbuatda təqdim olunan problemin əhatə dairəsi qiymətləndirilir və bu problemlə mübarizə və ictimai maarifləndirmə üzrə tövsiyələr verilir. ( (Word 27 səhifə) Azərbaycan dilində

 

Ailə daxili zorakılıq: bizim təhlükəsizliyimizə hər hansı təminat varmı? Təmiz Dünya

“Təmiz Dünya” QHT-ı tərəfindən hazırlanmış bu hesabat yerli qəzetlərdə ailə daxili zorakılıq hallarını işıqlandıran kriminal xronikanı təhlil edir. Tədqiqat İngilis Azərbaycan dillərindədir.

 

Azərbaycanda HİV/QİÇS: sosial-mədəni yanaşma, Telman Məhərrəmov, Leyla İsmayılova, Tahir Fərədov.

Tədqiqatda sosial-iqtisadi və sosial-mədəni amillərlə (miqrasiya, işsizlik, ailə şəraiti, yerli ənənələr) bərabər gender bərabərsizliyinin və ailə daxili zorakılığın Azərbaycanda qadınların HİV/QİÇS-ə yoluxması riskini necə artırdığı əksini olunub. Bu hesabat İngilis Rus dillərindədir.

 

İşgəncə, Qeyri-İnsani, Alçaldıcı Davranış və ya Cəzaların Qarşısının Alınması Üzrə Avropa Komitəsinin Azərbaycana səfərinin nəticələri əsasında Azərbaycan Hökumətinə təqdim etdiyi hesabat (CPT), 24 Noyabr - 2 Dekabr, 2002 (2004).
Bu hesabata Azərbaycandakı həbsxanalarda qadınların vəziyyəti ilə bağlı məlumat daxil edilib. Azərbaycan Hökumətinin Cavabı ilə tanış ola bilərsiniz.

 

İnsan Haqları Üzrə 2004-cü il Ölkə Hesabatı: Azərbaycan, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu, 28 Fevral, 2005.

Hesabatın 5-ci bölməsində Azərbaycanda qadınların vəziyyəti ilə bağlı və insan alveri ilə bağlı alt bölmədə məlumat daxil edilib.

Azərbaycanda Zorakılıq və Qadınların Qiymətləndirilməsi, Beynəlxalq Xilasetmə Komitəsi - Azərbaycan (İyun 2004). (PDF, 41 səhifə) (Azərbaycan dilində)
BXK-nın faydalanan əhali qrupu arasında qadınların həyatlarında zorakılıq hallarının icmalı.

 

Gender Statistik Hesabatı. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (2004). (PDF, 41 səhifə).
Statistika orqanı Azərbaycanda gender məsələləri üzrə statistik məlumatları cinslər üzrə toplayıb, təhlil edilib və təqdim edib.

 

Milli Fəaliyyət Planı Üzrə Vətəndaş Forumu Hesabatı, Mehriban Zeynalova, “Təmiz Dünya” Təşkilatının Sədri (Dekabr 2004)(HTML).

“Təmiz Dünya” Təşkilatı 8-14 Dekabr, 2004-cü il tarixlərində Azərbaycanın üç rayonunda Azərbaycan Respublikası Prezidentinin 6 May, 2004-cü il tarixli qərarı ilə qəbul edilmiş “İnsan Alverinə Qarşı Mübarizə Üzrə Milli Fəaliyyət Planı”nın müzakirəsinə həsr olunmuş Vətəndaş Forumları həyata keçirib.

Kitab: Qadınlara Qarşı Zorakılıq
Qadınlara qarşı zorakılıqdan bəhs edən Azərbaycan dilində nəşr olunmuş ilk tədris vəsaitlərindən biridir. Kitabın tam versiyasını
buradan yükləyə bilərsiniz.

 

Tədqiqat Hesabatı: Qadınlara Qarşı Zorakılığın Yerli Mediada İşıqlandırılması, Yelena Qasımova, Olqa Valinin əməkdaşlığı ilə (2004).

Yerli AREAT QHT-ı tərəfindən həyata keçirilmiş bu tədqiqatda jurnalistlərin qadınlara qarşı zorakılıq problemi üzrə yerli mətbuatda dərc olunmuş məqalələrinin məzmunu və yanaşma tərzi təhlil edilib. Tədqiqatın tam versiyasını İngilis, Azərbaycan, Rus dillərində əldə edə bilərsiniz.

 

ATƏT Regionunda İnsan Hüquqları: Avropa, Mərkəzi Asiya və Şimali Amerika Üzrə Hesabat 2004 (2003-cü ilin Hadisələri) İnsan Haqları Üzrə Beynəlxalq Helsinki Federasiyası, (23 İyun 2004). (PDF, 14 səhifə).
Bu hesabatda Azərbaycanda qadın hüquqları ilə bağlı vəziyyət eləcə də son hadisələr müzakirə olunur.

 

İnsan Alveri Üzrə Hesabat: Azərbaycan. ABŞ Dövlət Departamenti. (14 İyun, 2004). (HTML).

Gender İnteqrasiyası: USAİDS/Qafqaz/Azərbaycan üzrə Gender Qiymətləndirmə Hesabatı (Yanvar 2004) (PDF, 44 səhifə)

Bu hesabatda Azərbaycan mədəniyyətində patriarxal ənənə və gender normalarının təkrar təzahürlərinin müzakirəsi əks olunub. Bu gün qadınların işsiz qalmaq, aşağı əmək haqqı almaq və ayrı-seçkiliyə məruz qalmaq ehtimalı çoxdur. Bu cür qeyri-bərabərlik özünü təkcə insan haqları problemlərində deyil, eyni zamanda inkişaf üçün həlledici rol oynayan insan hüquqlarının istifadə olunmamasında özünü göstərir.

Tədqiqat İşi: Azərbaycanda Məcburi Köçkün Qadınlar Arasında Zorla Cinsi Əlaqəyə Girməyə Məcbur Edilmə Halları İlə Bağlı Könüllü Şikayətlər Üstünlük Təşkil Edir, Kərimova, Amerika İctimai Sağlamlıq Jurnalı 1067-1070 (2003).

Bu tədqiqat işində Məcburi Köçkün icması daxilində baş verin cinsi zorakılıq hallarının artması araşdırılır. Hesabatın tam versiyasını buradan əldə edə bilərsiniz.

Araşdırma: Azərbaycanda İnsan Alverinin Qurbanları ( I Hissə Azərbaycan dilində, II Hissə Azərbaycan dilində), İnsan Haqları Üzrə İctimai Birlik "Təmiz Dünya", Con Hopkins Universitetinin yardımı ilə (Fevral 2004).

Bu araşdırma Azərbaycanda insan alverinin qurbanlarının müsahibələri əsasında aparılıb. Əldə olunan nəticəyə əsasən, kökündə iqtisadi çətinlik, qadın hüquqları ilə bağlı ictimai məlumatsızlıq və yüksək səviyyəli dövlət məmurları ilə əlaqəsi olan yaxşı təşkil olunmuş cinayətkar qrupların dayandığı insan alveri Azərbaycanda ciddi problem olaraq qalır.

Qadınların İnsan Haqlarının İnteqrasiyası Və Gender Perspektivi - Qadınlara Qarşı Zorakılıq Üzrə Əlavə 1, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası, (E/CN.2/2003/75/Add.1) (27 Fevral, 2003). (HTML).

Bu hesabata Azərbaycanda zorlama, fahişəlik, insan alveri və qadınlara qarşı daxili zorakılıqla bağlı məlumat daxil edilib. Azərbaycanla bağlı məlumatla səhifə 341-də tanış olmaq olar.

 

İnsan Haqları Üzrə 2003-cü il Ölkə Hesabatı: Azərbaycan, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu, (25 Fevral, 2004). (HTML).
Bu hesabatda Azərbaycanda qadınların vəziyyəti eləcə də insan alveri ilə bağlı ayrıca bölmə daxil edilib.

İnsan Alverinə Qarşı Mübarizə Üzrə Qanunvericilik Çərçivələrinin Araşdırılması, Kristi Severans, Amerika Vəkillər Assosiasiyası, Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsü (MAAHT), (Yanvar, 2003). (HTML).
Bu araşdırmada Azərbaycan da daxil olmaqla Mərkəzi və Şərqi Avropa və Avrasiyada 21 ölkədə insan alverinə qarşı qanunvericiliyin vəziyyəti tədqiq olunub. Araşdırmada problemin əhatə dairəsi nəzərdən keçirilib və insan alverinə qarşı qanunvericiliyə tətbiq olunması nəzərdə tutulan BMT İnsan Alverinə Qarşı Protokolu və insan haqları normalarının icmalı verilib.

Qaçqın icmasında gender-zəminində baş verən zorakılıq (Ölkə hesabatı:Azərbaycan), Jan Uord, Qaçqın Qadınlar və Uşaqlar Üzrə Qadın Komissiyası (30 Aprel, 2002)

Qaçqın Qadınlar və Uşaqlar Üzrə Qadın Komissiyası tərəfindən hazırlanmış bu hesabatda hazırkı vəziyyət və münaqişədən sonrakı zonalarda qadın zorakılığına qarşı proqramların həyata keçirilməsi təsvir olunub. Hesabatın tam versiyasını buradan əldə edə bilərsiniz.

HİV/QİÇS və Cinsi Yolla Keçən Xəstəliklər Üzrə Epidemioloji Faktlar: Azərbaycan, UNAIDS, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı. (2002). (PDF, 13 səhifə).
Bu hesabatda Azərbaycanda HİV/QİÇS-u ilə bağlı statistik və davranış məlumatları daxil edilib.

 

Məhv Olmuş Arzular: Azərbaycanda İnsan Alveri Üzrə Hesabat, Beynəlxalq Miqrasiya Təşkilatı, (2002). (PDF, 72 səhifə).

Bu hesabatda Azərbaycanda insan alveri problemi, hökumətin həyata keçirdiyi tədbirlər və tətbiq olunan milli qanunvericilik tədqiq olunub. Beynəlxalq Miqrasiya Təşkilatı eyni zamanda yerli hökumət orqanlarına və digər aidiyyatı tərəflərə bu sahədə öz tövsiyələrini təqdim edir.


Azərbaycandan Kənarda, Məqsəd Avropadır, Beynəlxalq Miqrasiya Təşkilatı, (2001). (PDF, 59 səhifə).

Bu hesabatda Azərbaycanda vaxtaşırı baş verən miqrasiyanın arxasında duran motivlər göstərilib, eləcə də Avropaya miqrasiya istiqamətində istifadə olunan marşrutlar və metodlar təsvir edilib. Hesabatda problemin kökündə dayanan səbəblər və qeyri-qanuni miqrasiyanın mənfi təsirlərinin vurğulanması Azərbaycan hökumətinə və digərlərinə kömək etmək məqsədi daşıyır.

 

Köləlik Forması: ATƏT Üzv Ölkələrində Qadın Alveri, İnsan Haqları Üzrə Beynəlxalq Helsinki Federasiyası, (19 İyun, 2000). (PDF, 91 səhifə).

Bu hesabatda Azərbaycanda qadın alverinə qarşı mübarizə üzrə cinayət məcəlləsinin bəndləri də daxil olmaqla xüsusi məlumatlar öz əksini tapıb. Azərbaycanla bağlı olan məlumatlarla 9-cu səhifədə tanış olmaq olar.

 

Qadınlar 2000 - Mərkəzi və Cənub Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyində Qadın Hüquqlarının Vəziyyətinin Araşdırılması, İnsan Haqları Üzrə Beynəlxalq Helsinki Federasiyası, (11 May 2000). (PDF, 13 səhifə).

Bu hesabata gender ayrı-seçkiliyi, ailə daxili zorakılıq, cinsi zorakılıq və cinsi istismarla (insan alveri) bağlı məlumatlar daxil edilib.

Altmenyu