A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Milli Fəaliyyət Planı

sonuncu dəfə 28 Fevral, 2005-ci ildə yenilənib

 

Qadın Məsələləri üzrə Hökumət Komitəsi 1999-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiq olunması üçün Milli Fəaliyyət Planının layihəsini hazırlamağa başladı. Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 2003-cü il Hesabatına əsasən, Azərbaycan Milli Fəaliyyət Planını 6 Mart 2000-ci il tarixində təsdiq edib. Planın bir hissəsi qadınlara qarşı zorakılığın, qadın alverinin və fahişəliyə cəlb edilməklə qadınların istismar edilməsinin qarşısının alınması məsələlərinə həsr olunub. Fəaliyyət planında eyni zamanda qadınların hüquqlarını pozanlara qarşı hüquqi proseduralar kimi bir sıra tədbirlər nəzərdə tutulur. Qadınların sülh yaratma və münaqişədən sonrakı proseslərdə iştirakına dair istiqamətlər də burada öz əksini tapıb. ATƏT -in verdiyi məlumata əsasən 18 May, 2004-cü il tarixində Azərbaycan insan alverinə qarşı mübarizə üzrə yeni fəaliyyət planını qəbul edib. Bu yeni plana əsasən hökumət resursları cəmləşdirməklə, hökumət daxilində yeni proqramlar yaratmaqla və hüquqi çərçivəni daha da təkmilləşdirməklə özünün insan alverinin qarşısını almaq və qurbanları müdafiə etmək imkanlarını daha da inkişaf etdirir.

 

Lakin Azərbaycan hələ nə Milli Fəaliyyət Planının nüsxəsini BMT-nin Qadınların Tərəqqisi üzrə Bölməsinə təqdim edib nə də ilk sorğuya cavab verməyib. Azərbaycan ikinci sorğuya cavab verib; və cavablarla İngilisRus dillərində tanış ola bilərsiniz.

 

Avropa Şurasının milli struktur, fəaliyyət planları və gender istiqamətləri üzrə hesabatına əsasən Qadın Məsələləri Üzrə Dördüncü Dünya Konfransından bu vaxta qədər Azərbaycanda gender bərabərliyini inkişaf etdirən xüsusi milli təşkilati struktur yoxdur. Yeni təşkilat Qadın Məsələləri Üzrə Komitə 14 Yanvar 1998-ci il tarixində Prezidentin fərmanı ilə yaradılıb və sonradan 2006-cı ilin Fevralında adı dəyişdirilərək Ailə, Qadın və Uşaqların Məsələləri üzrə Komitəyə çevrilib. Bu Komitə Azərbaycan daxilində gender siyasətinin monitorinqini həyata keçirir.

Altmenyu