A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Ailə zorakılığı

 

Ailə daxili zorakılıq qadınların hüquqlarının pozulmasıdır. İntim partnyorları tərəfindən (hazırki və ya keçmiş həyat yoldaşları, oğlan dostları, görüş partnyorları) qadınlara qarşı yönəlmiş zorakılıq bütün dünyada qadınlar, uşaqlar, ailələr və icmalar üzərində sarsıdıcı fiziki, emosional, maliyyə və sosial təsirlər yaratmaqla beynəlxalq epidemiya ilə mütənasiblik təşkil edir.

 

 

Mərkəzi və Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyində (MŞA/MDB) eləcə də dünyada döyülmüş qadınların hüquqlarını müdafiə edən hüquq müdafiəçiləri müxtəlif yollarla qadınların hüquqlarının ailə daxilində baş verən zorakılıqdan qorunması istiqamətində çalışırlar. Hüquq müdafiəçiləri döyülmüş qadınlara məsləhətlərin verilməsi, hüquqi yardımların göstərilməsi, sığınacaqların, kriz mərkəzlərinin və qaynar xəttlərin təmin edilməsi kimi lazımi xidmətlərin təmin olunmasına çalışırlar. İcmanın digər üzvləri ilə birlikdə onlar ailə zorakılığının ümumi təyinatını hazırlayıblar və hüquqi, tibbi və sosial xidmət sahəsində çalışan mütəxəssislərin qurbanların təhlükəsizliyinin təmin olunması və zorakılıq törədənin məsuliyyətə cəlb olunması istiqamətindəki fəaliyyətlərinin əlaqələndiriblər. Hüquq müdafiəçiləri eyni zamanda təbliğat və icmanın savadlılığının artırılması eləcə də zorakılıq törədənlərin müdaxiləsi proqramlarını yaratmaqla ailə zorakılığının qarşısının alınması istiqamətində fəaliyyət göstərirlər.

 

 

Ailə zorakılığının qarşısının alınması istiqamətində göstərilən bütün bu səylərin nəticəsi olaraq ailə daxilində baş verən zorakılıqlar qadınların hüquqlarının pozulması kimi qəbul olunub. Beynəlxalq hüquq dövlətlərin üzərinə qadınları zorakılıqdan qorumaq və zorakılıq törədənləri məsuliyyətə cəlb etmək eləcə də qadınların qanunla bərabər müdafiə olunmasını təmin etmək istiqamətində səmərəli addımlar atmaq kimi öhdəlik qoyur.

Altmenyu