A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Seksual Qısnama Arzu Olunmayan və ya İstənilməyən Davranışdır

 

Sonuncu dəfə 1 Noyabr, 2000-ci ildə yenilənib

 

Hüquqi sistemlər “arzu olunmayan və ya istənilməyən” davranışı müxtəlif yollarla şərh edirlər.

 

ABŞ Yanaşması

 

Amerika Birləşmiş Ştatlarında presedent hüququ cinsi münasibət və ya seksual qısnamanın digər formalarının “arzuolunmaz ” hal kimi müəyyən olunması standartlarını müəyyən edib. ABŞ Henson, Dandi şəhərində yerləşən On Birinci Dairə Üzrə Apelyasiya Məhkəməsi 682 F.2d 897, 903 (1982) izahatında göstərir ki, şübhə doğuran davranış o halda arzuolunmaz hesab edilir ki, “bunu nə işçi istəyib nə də buna şövq edib və işçi həmin davranışı arzuolunmaz və ya təhqiredici hesab edir”. Meritor Əmanət Bankı üzrə işdə, bax, Vinson 477 ABŞ. 57, 60 (1986), Məhkəmə bəyan etdi ki, “sekslə bağlı olan davranışın şikayət edənin iradəsinin əksinə olaraq iştirak etməyə məcbur edilməməsi zəminində ‘könüllü’ olduğunu hesab etmək VII Hüquqi Məcəlləyə əsasən seksual qısnamaya bəraət qazandırmır…. Burada araşdırma qurbanın cinsi əlaqədə iştirakının könüllü olub-olmaması deyil, seksual qısnamanın arzuolunmaz olduğunu öz davranışları ilə göstərməsi üzərində qurulmalıdır”. Meritor məhkəməsi eyni zamanda iddiaçının ehtiras oyadan nitqi və ya geyim tərzinin onun xüsusi davranışları həqiqətən də arzuolunmaz hesab etməsini müəyyən etməkdə “tamamilə uyğun” olduğunu, lakin bu cür dəlillərin ədalətsiz qərar qəbul olunmasına təsir etməməsi üçün diqqətlə nəzərdən keçirilməsinin zəruri olduğunu bəyan edir. Mənbə Meritor Əmanət Bankı bax, Vinson, 477 ABŞ, 69.

 

Amerika Birləşmiş Ştatlarının Bərabər Məşğulluq üzrə Komissiyası özünün istiqamət siyasətində göstərir ki, “davranışın arzu edilən olmasını göstərən bəzi əlamətlər aşkar edilirsə və ya tərəflərin etibarlılığı şübhə doğurursa bu halda əgər zərərçəkən eyni vaxtda şikayət və ya etiraz edibsə onda ittiham edən tərəfin mövqeyi kifayət qədər güclənir….. İddianın ‘eyni vaxtda' olması üçün şikayət seksual qısnama davam edən zaman və ya dayandırıldıqdan dərhal sonra edilməlidir”. Mənbə BMÜK Hazırkı Seksual Qısnama Məsələləri Üzrə İstiqamətlər, 3 Mart 1990.

 

“Arzu edilən” anlayışına olan bu cür yanaşma Amerika Birləşmiş Ştatlarında bir çox hüquq şərhçiləri tərəfindən tənqid edildi. Robin Filips bildirir ki, bu cür yanaşma məhkəmə prosesinin “günahkarın qeyri-müvafiq davranışı üzərində deyil, əksinə qadının şəxsi həyatı, onun geyimi, danışığı və hətta kiminlə nahar etməsi üzərində qurulması ilə nəticələnir. Mənbə Robin Filips, İş Yerində Zorakılıq: Qadın və Beynəlxalq İnsan Hüquqları Üzrə Qanunlarda Seksual Qısnama, Cild 1, Kelli D. Askin & Dorean M. Koeinq, 257 (1999). Syuzan Estriç yuxarıda qeyd olunan arzu edilən standartını razılıq və müqavimətlə bağlı olan zorlama standartı ilə müqayisə edir. Mənbə Syuzan Estriç, İş Yerində Seks, Stanford Qanununun Nəzərdən Keçirilməsi, Cild 43, 813, 827-828 (1991). Bundan başqa, BMÜK-nın diqqəti şikayət və etirazın eyni zamanda edilməsi üzərində cəmləşdirməsi müəyyən hallarda seksual qısnama qurbanının təzyiq və ya məcburedilmə zamanı seksual qısnamaya “düzgün” reaksiya göstərib-göstərməməsi ilə bağlı haqsız olaraq təzyiqə məruz qalmasına səbəb ola bilər və ya təzyiq edənə və ya işə götürənə qarşı məhkəmə iddiası qaldırmaq imkanından məhrum edə bilər.

 

Avropa İttifaqının Yanaşması

 

1992-ci ildə işlənib hazırlanmış Seksual Qısnamaya Qarşı Mübarizə Üzrə Aİ Fəaliyyət Məcəlləsində seksual qısnama anlayışının təyinatında “istənilməyən” ifadəsinin mənası aşağıdakı kimi əksini tapıb:

 

“Seksual qısnamanın başlıca xarakterik xüsusiyyəti qəbul edən tərəfdən istənilməməsidir, yəni hər bir fərd hansı formada davranışın onun üçün qəbul edilən olmasını və nəyi təhqiredici hesab etməsini özü müəyyən edir. Cinsi diqqət o zaman seksual qısnamaya çevrilir ki, bir dəfə edildikdən sonra qəbul edən tərəf həmin davranışı təhqiramiz hesab edir, hətta seksual qısnama kifayət qədər ciddi formada edilirsə həmin davranışın seksual qısnama kimi qəbul edilməsinə bir hadisə bəs edir. Seksual qısnamanı arzuedilən və qarşılıqlı olan dost münasibətlərindən fərqləndirən cəhət onun arzuedilməyən davranış olmasıdır».

 

Mənbə 27 Noyabr 1991-ci il tarixli Aİ Komissiya Tövsiyəsinə daxil edilmiş Fəaliyyət Məcəlləsinin qadınların və kişilərin iş yerində ləyaqətinin qorunması üzrə 2-ci Bölməsi, 1992 O.J. (L49) 1.

 

Seksual qısnama davranışı ilə bağlı məhkəmə araşdırmasının aparılması üçün onun “arzuolunmayan” olması tələbi Avropa İttifaqı Komissiyası və Parlamenti tərəfindən 2002-ci ildə qəbul edilmiş yeni qərara daxil edilib. Mənbə 2002/73/23 Sentyabr, 2002, Avropa Parlamenti və Komissiyasının AK kişi və qadınların məşğulluq, peşə təlimi və irəli çəkilmə və iş şəraiti ilə bağlı bərabər münasibət göstərilməsi prinsipinin həyata keçirilməsinə əlavə Şura Qərarı 76/207/EEC (PDF, 6 səhifə).

 

Birləşmiş Krallıq Yanaşması

 

Birləşmiş Krallıqda, Məhkəmə “qadın öz narazılığını bildirmək üçün ictimai hay-küy yaratmamalıdır” deməklə davranışın seksual qısnama kimi sübut olunması üçün tələb edilən anlayışa aydınlıq gətirmiş oldu. “İstənilən dərrakəli şəxs qadının istər sözlərindən istərsə də davranışlarından anlamalıdır ki, o, həmin davranışı rədd edir və bundan sonra davranışın davam etməsi artıq seksual qısnamadır”. Mənbə Reed & Bull Information Systems v. Stedman (1999, IRLR 299, EAT). Kanada Yanaşması

 

Kanadada seksual qısnama halları üzrə mövcud qanunlar qurbanın davranışın arzuedilən olmadığını sübut etməsi üçün seksual qısnama göstərənlə qarşı-qarşıya dayanmasını tələb etmir. Bundan əlavə, əgər davranışın təhqiredici və seksual xarakter daşıması hər hansı anlaqlı şəxs tərəfindən qəbul edilirsə onda seksual qısnama qurbanının davranışa qarşı açıq-aşkar etiraz etməsi vacib deyil. Seksual qısnama iddiasını təmin edərkən qurbanın eyni davranışa qarşı əvvəllər şikayət etməsi faktının müəyyən edilməsi davranışın həqiqətən də arzuedilən olmadığını sübut edir.

 

Davranışın açıq-aşkar təhqiredici olmadığı hallarda isə etirazın ifadə olunması tələb olunur. Bu cür hallarda qurbanın öz davranışları, məsələn, həyəcanlı və ya incik baxışları, otağı tərk etməsi və ya uzaqlaşması kimi hallar hüquqi iddia qaldırmağa kifayət edir. Seksual qısnama halının baş verməsini müəyyən etmək üçün şifahi etiraz bildirilməsi o qədər də gərəkli deyil.

Mənbə Kanada İnsan Hüquqları Üzrə Komissiya, Seksual Qısnama Və Kanada İnsan Hüquqları Qanunu; Britaniya Kolumbiyası, İş Yerində Seksual Qısnamanın Qarşısının Alınması Üzrə Kanada İnsan Hüquqları Komissiyası (2002).

 

Altmenyu