A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Seksual Qısnama

 

İş yerində qadınlara qarşı olunan seksual qısnama (“sexual harassment” - seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici xahişlərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış) qadınların hüquqlarının pozulması və qadınlara qarşı zorakılığın qadağan edilmiş formasıdır. Seksual qısnama zərərçəkənlərə ölçüyə gəlməz dərəcədə iqtisadi, psixoloji və fiziki zərər vurur və iş yerlərində qadınların kişilərdən asılı vəziyyətə düşməsinə xidmət edir. Mərkəzi və Şərqi Avropada və Müstəqil Dövlətlər Birliyində yaşayan qadınlar arasında aparılmış sorğuların nəticəsinə əsasən iş yerlərində baş verən seksual qısnamalar geniş yayılmış problem olmaqla ağır iqtisadi vəziyyəti daha da kəskinləşdirir və onların kişilərlə bərabərlik qazanmaq imkanlarını heçə endirir.

 

Mənbə Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 2003-cü il Hesabatı , Qadınların Hüquqlarının İnteqrasiyası və Gender Perspektivi: Qadınlara Qarşı Zorakılıq, E/CN.4/2003/75(Yanvar 2003)(PDF və Word, 24 səhifə); Qadınlara Qarşı Zorakılıq Sahəsində Beynəlxalq, Regional və Milli Səviyyələrdə Baş Verən Hadisələr 1994-2003, Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 2003-cü il Hesabatı, Əlavə 1, E/CN.4/2003/75/Əlavə.1 (Fevral 2003)(PDF və Word, 397 səhifə).

 

Seksual Qısnamanın Təyinatı

Beynəlxalq və milli səviyyələrdə qəbul edilmiş seksual qısnama üzrə qanunlar və siyasətlər heç də iş yerlərində normal ictimailəşmənin və yaxud da qarşılıqlı anlaşma əsasında olan münasibətlərin qarşısını almağa yönəlməyib. Əksinə, bu qanunlar qadınların iş yerlərində bərabər iştirakına mane olan qəddar davranışın aradan qaldırılması məqsədi daşıyır.

 

Son iyirmi ildə, iş yerlərində seksual qısnamaları qadağan edən qanunlar bu cür davranışları qismən və ya tam olaraq aşağıdakı şəkildə təyin edir:

· Cinsi və yə seksual xarakterli arzu olunmayan və ya istənilməyən şifahi, qeyri-şifahi, fiziki və ya açıq aşkar davranış

· Qəbul və ya rədd edilməsi fərdin məşğulluğuna təsir göstərir

· Şəxsin ləyaqətini alçaltmaq və ya təsir göstərmək məqsədilə həyata keçirilir

· Səbəbsiz olaraq fərdin iş fəaliyyətinə müdaxilə edir

· Qorxulu, ədavətli, alçaldıcı, təhqir edici və ya həqarətli iş şəraiti yaradır və ya,

· Səlahiyyətin sui-istifadə edilməsinə səbəb olur.

 

Aşağıda qeyd olunan davranış nümunələri müəyyən şəraitdə seksual qısnama hesab edilə bilər: seksual zəmində baş verən yanaşma və ya təkliflər, fiziki görünüş və ya seksual həyatla bağlı verilən təhqiredici suallar və ya şərhlər, ədəbsiz mülahizələr, seksual zarafatlar və ya təhqirlər, ehtirasla baxış, işçi və tələbəni utandırmaq və ya təzyiq göstərmək məqsədilə pornoqrafik materialların nümayiş etdirilməsi, müvafiq olmadan toxunmaq, çimdikləmək və ya küncə sıxmaq, cini zorakılıq və zorlama.

 

İstifadə olunmuş mənbə Qadınlara Qarşı Zorakılıq Sahəsində Beynəlxalq, Regional və Milli

Səviyyələrdə Baş Verən Hadisələr 1994-2003, Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 2003-cü il Hesabatı, Əlavə 1, E/CN.4/2003/75/Əlavə.1 (Fevral 2003)(PDF və Word, 397 səhifə); Avropa Parlamenti və Şurasının 2002/73/EC kişilərə və qadınlara məşğulluq imkanları, peşəkar təlim və irəli çəkmə eləcə də iş şəraiti ilə bağlı bərabər münasibətlərin göstərilməsi prinsipinin həyata keçirilməsi üzrə Şura Əmrinə 23 Sentyabr, 2002-ci il əlavəsi (PDF, 6 səhifə); ABŞ Bərabər Məşğulluq İmkanları Üzrə Komissiya, Seksual Qısnama Üzrə Faktlar (İyun 27, 2002); Kanada İnsan Hüquqları Üzrə Komissiya, Təzyiq: Nədir və Bununla Nə Etməli (1998), Qadın Məsələləri Üzrə Hindistan Milli Komissiyası, Ali Məhkəmənin “İş Yerlərində Qadınlara Qarşı Seksual Qısnama” Mühakiməsinə uyğun olaraq qəbul edilmiş İş Yerində Davranış Məcəlləsi Vişaka və başqaları Racastan Ştatı və digərlərinə qarşı (AIR 1997 SC 3011) (Məcəlləyə olan hiper əlaqə səhifənin aşağısında soldadır); Cənubi Afrika Milli İqtisadi İnkişaf və Əmək Şurası, Seksual Qısnama Hallarının İdarə Olunması Üzrə Yaxşı Təcrübə; Marta Kamalas, Feminist Hüquq Nəzəriyyəsinə Giriş, 5, 46-47 (2003); Katerin T. Bartlet, Gender və Qanun: Nəzəriyyə, Doktrina və Şərhlər 552 (2002); Syuzan L. Veb, Partlayış Dalğası: Seksual Qısnamanın Qlobal Təsiri, Syuzan L. Veb (1994). Seksual Qısnama və İnsan Hüquqları Üzrə Qanun

 

İş yerində baş verən seksual qısnama insan hüquqları üzrə qanunların başlıca prinsiplərinin pozulması kimi qəbul olunmasının üç yolu var. Seksual qısnama cinsi zəmində qadağan edilmiş ayrı-seçkilik, iş yerində təhlükəsiz və sağlam şəraitin təmin olunması öhdəliyinin pozulması və ləyaqətin alçaldılması formasında özünü büruzə verir. Bu üç yanaşma ayrı-seçkiliyə qarşı mülki qanunlar eləcə də cinayət, əmək və mülki pozuntular üzrə qanunlarda nəzərdə tutulan seksual qısnama hallarının qarşısının alınması üzrə qabaqlayıcı və islahedici tədbirlərin daxil edildiyi əksər beynəlxalq və milli strategiyaların əsasını təşkil edir. Bu strategiyalarla bağlı əlavə məlumat əldə etmək üçün Seksual Qısnama Üzrə Qanun və Siyasət Bölməsinə baxın.

· Seksual qısnama Mülki və Siyasi Hüquqlar Üzrə Beynəlxalq Konvensiya, İqtisadi, Sosial və Mədəni Hüquqlar Üzrə Konvensiya, Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması Üzrə Konvensiya (Qadınlar Üzrə Konvensiya), və Ayrı Seçkilik (Məşğulluq və İşədüzəlmə) Üzrə Konvensiyanın (No. 111) bərabər müdafiə və ayrı-seçkiliyə qarşı müddəalarının pozulması formasında baş verən ayrı-seçkilikdir. İnsan hüquqları üzrə beynəlxalq sənədlərlə bağlı əlavə məlumat üçün Seksual Qısnama Üzrə Qanun və Siyasət bölməsində beynəlxalq hüquqa baxın. 1992-ci ildə Qadın Konvensiyasının həyata keçirilməsinin monitorinqini həyata keçirən Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması Üzrə Komitə (QQAAQK) Ümumi Tövsiyə 19-da qəbul edir ki, iş yerində gender zəminində baş verən seksual qısnama “qadınların kişilərlə bərabər azadlıq və hüquqlardan istifadə etmək haqlarına ciddi təsir göstərən” ayrı-seçkilikdir. Bu cür ayrı-seçkilik formasının aradan qaldırılmasını dəstəkləmək məqsədilə 1995-ci ildə keçirilən Qadınlar Üzrə Dördüncü Dünya Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platforması hökumətləri və işə götürənləri “əmək bazarında xüsusilə ayrı-seçkilik və seksual qısnama altında olan əmək şəraitinə və gender zəminində baş verən ayrı-seçkiliyə qarşı qanunları tətbiq etməyə və iş yerləri siyasətini hazırlamağa” və “bu cür qanunların müntəzəm olaraq nəzərdən keçirilməsi və monitorinqinin aparılması” üçün mexanizmlər işləyib hazırlamağa çağırır.

· İnsan Hüquqları Üzrə Beynəlxalq Bəyannamə, Qadınlar Üzrə Konvensiya, ILO Konvensiya No. 155 (Peşə və Sağlamlıq)ILO Konvensiya No. 161 (Peşə və Sağlamlıq Xidmətləri) nəzərdə tutulan əmək şəraitində sağlamlığın və təhlükəsizliyin qorunması hüququnun pozulması seksual qısnama hallarının baş verməsinə səbəb olur. QQAAQK Ümumi Tövsiyə 19-da seksual qısnama “sağlamlıq və təhlükəsizlik problemlərinin yaranmasına səbəb olmasını” qəbul edir. 1985-ci ilin İyulunda keçirilən Qadınlar Üzrə Üçüncü Dünya Konfransında qəbul edilmiş Qadınların İrəliləməsi Üçün Nayrobi Mütərəqqi Strategiyaları seksual qısnama əmək fəaliyyəti ilə əlaqədar sağlamlığa təhlükəli olduğunu vurğulayır, bu cür halların qarşısının alınmasını və tənzimlənməsini zəruri hesab edir.

· 1995-ci ildə keçirilmiş Qadınlar Üzrə Dördüncü Dünya Konfransında qəbul edilmiş Pekin BəyannaməsiFəaliyyət Platforması seksual qısnama “bəşər övladının ləyaqəti və dəyəri ilə bir araya sığmayan” və “qadınların bacarıqlarına uyğun olaraq töhfə vermələrinin qarşısını alan” qadınlara qarşı zorakılıq forması kimi təsvir edir. 1993-cü ildə İnsan Hüquqları Üzrə Dünya Konfransında qəbul edilmiş Vyana Bəyannaməsi və Fəaliyyət Proqramı da seksual qısnama insan ləyaqətinin alçaldılması kimi qiymətləndirir. Proqramda bəyan olunur ki, “gender zəminində baş verən zorakılıq, seksual qısnamanın bütün formaları və istismar eləcə də mədəni mövhumatçılıq ləyaqət və bəşər övladının dəyəri ilə bir araya sığmır və bu cür hallar aradan qaldırılmalıdır”.

 

Beynəlxalq hüququn tələblərinə əsasən hər hansı bir dövlət, qeyri-dövlət fəaliyyət sahibləri tərəfindən törədilən insan haqlarının eləcə də yuxarıda qeyd olunan insan hüquqları prinsiplərinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilər. Qeyri-dövlət fəaliyyət sahibləri seksual qısnama formasında olan davranışların qarşısını almağa və nizamlamağa müvəffəq olmursa və əgər həmin davranış seksual zəmində ayrı-seçkiliyin baş verməsi səviyyəsinə qalxırsa və əgər hökumət Qadınlar Üzrə Konvensiyaya əsasən "hər hansı bir şəxs, təşkilat və ya müəssisə tərəfindən qadınlara qarşı yönələn ayrı-seçkiliyin aradan qaldırılması üçün bütün müvafiq tədbirlərdən istifadə etmək“ öhdəliyini yerinə yetirmək üçün kifayət qədər səy göstərmirsə onda həmin hökumət məsuliyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Üzrə Bəyannaməsi bu prinsipləri bir daha təsdiq edir. İnsan Hüquqları üzrə Amerika Daxili Məhkəməsi Velasquez Rodriguez v. Honduras dövlətin insan hüquqlarının pozulmasının qarşısını almaq üzrə öhdəliyini həyata keçirməsi üçün atmalı olduğu addımların nümunəsini təqdim edir. Bu addımlara əsaslı istintaqın aparılması, məsuliyyət daşıyan tərəflərin müəyyən olunması, cinayəti törədənlərin müvafiq olaraq cəzalandırılması və qurban(lara)a təzminatın ödənilməsi daxildir. Bu məsələ ilə bağlı ətraflı məlumatla Qeyri Rəsmi Zorakılıqlara Görə Dövlətin Məsuliyyəti adlı bölmədə tanış ola bilərsiniz. Mənbə Robin Filips, İş Yerində Zorakılıq: Qadın və Beynəlxalq İnsan Hüquqlarında Seksual qısnama, Cild. 1, Kelli D. Askin və Dorean M. Koeniq, 257 (1999); və İnsan Hüquqları Üzrə Minessota Hüquq Müdafiəçiləri və Georgtoun Hüquq Mərkəzi, Polşada Məşğulluq Ayrı-Seçkiliyi Və Seksual Qısnama 45-50 (İyul 2002)(PDF, 63 səhifə). Seksual Qısnama və Qadınların Tabe Edilməsi

 

Seksual qısnama əsasən sataşmaq, ələ salmaq və ya qorxutmaq kimi ümumi təngə gətirən anlayışlarla səciyyələndirilsə də bu cür halların xüsusi zərəri qadınların kişilərdən asılılığının gücləndirilməsi və iş yerində qadınlara maneələrə yaradılması kimi nəzərdən keçirilir. 1994-cü ildən 2003-cü ilin İyuluna qədər Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçisi vəzifəsində çalışmış Radika Kumarasvaminin sözlərinə görə “seksual qısnama qorxu yaradan, qadınların cismən inteqrasiya etmək, təhsil almaq və sərbəst hərəkət etmək hüquqlarını pozmaqla onların düşüncəsi və bədənlərinə olan hücumdur. Bu, nəzarət və qorxutmanın güclü mexanizmi kimi istifadə olunmaqla qadınların sosial statusunun tabe edilməsinə gətirib çıxarır. Seksual qısnama tez-tez küçədə, iş yerində, təhsil müəssisəsində və ya ictimai nəqliyyatda baş verir. Seksual qısnamanın daha təhlükəli forması iş yerində və ya təhsil müəssisələrində baş verir. Seksual qısnama qadınların iqtisadi müstəqilliyini alt-üst edir, qadınları iş yerindən və yə məktəbdən sıxışdırıb çıxarmaqla onların işləyib qazanmaq qabiliyyətini sarsıdır. Seksual qısnama nəticəsində qadınların iş yerlərini tərk etmək ehtimalı kişilərlə müqayisədə doqquz dəfə çoxdur”.

Mənbə BMT-nin İnsan Haqları Üzrə Komissiyası Tərəfindən Təyin Olunmuş Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 1997-ci il Hesabatı. Yeni Yaranan Demokratik Quruluşlarda Gender Bərabərliyinin Təmin Olunması Sahəsindəki Problemlər MŞA/MDB Regionu

 

Bəzi qüvvələrin gender bərabərliyinə 1950-ci ildən 1980-ci ilə qədər olan dövrdə kommunist rejimi altında nail olunduğunu fikirləşməsi bəzən MŞA/MDB regionunda gender bərabərliyi sahəsində qanunvericilikdə və siyasətdə dəyişikliklərin edilməsinə mane olur. Kommunist rejimi qadınların işləməsini alqışlasa da qadınların işçi qüvvəsində iştirakı “qadınların de fakto olaraq kişilərlə bərabər statusla təmin olunmasına zəmanət vermirdi. Məsələn, qadınların cəmiyyətdə eyni zamanda ana və fəhlə kimi qəbul olunması və tanınması ayrı-seçkiliyin başlıca mənbələrindən biri idi. İkiqat iş günü və onu müşayiət edən öhdəliklərin yükünü çiyinlərində daşımaq bir çox qadınlar üçün daimi stress mənbəyi idi və qanunvericilik formal olaraq stereotiplərə söykənən rolların möhkəmlənməsi, kişi və qadınların ailədəki məsuliyyətlərini qeyri-bərabər səviyyədə təyin etməklə əks təsir yaradırdı”. Mənbə Açıq Cəmiyyət İnstitutu, Aİ Qəbul Prosesinin Monitorinqi: Kişi və Qadınlar Üçün Bərabər İmkanlar (Sentyabr 2003)(Bolqarıstan Gender Tədqiqat Fondu, Bolqarıstanda İqtisadi Yenidənqurma Dövründə Özəlləşdirmənin Qadınların Sosial və İqtisadi Hüquqlarına Təsiri 12 (1999)).

 

Bundan əlavə, MŞA/MDB regionunda yeni yaranan demokratik quruluşlarda qadınların iş yerində əlverişli şəraitlə təmin olunmasını nəzərdə tutan qanunvericilik aktlarının qəbul olunmasında problemlər yaranır, çünki kommunist düşüncəli bəzi siyasətçilər hakimiyyətdə təmsil olunmağın bacarıq və qabiliyyətdən daha çox siyasi mənsubiyyət, milli mənşə və ya genderlə müəyyən olunduğunu fikirləşirlər. İqtisadi gerilik, qanunvericiliyin effektiv həyata keçirilməsi mexanizminin olmaması və təşkilati infrastrukturun zəif olması MŞA/MDB regionunda gender bərabərliyi hərəkatının qarşısında duran maneələrdir. Regionda iqtisadi təşkilatların özəlləşməsi və iqtisadi sektorda iş yerlərinin itirilməsi nəticəsində bir çox qadınlar iş tapmağa müvəffəq olmurlar və daha çox yalnız həyat yoldaşı və ana kimi ənənəvi rollarını həyata keçirirlər. Bazar liberallaşması prosesi nəticəsində qanun və qaydalarda qadınların əmək hüquqları itirildi. Ümumiyyətlə region hökumətləri işə götürənlərlə bağlı olan bir çox qanunların həyata keçirilməsinə və ya gender bərabərliyi standartlarının monitorinqini həyata keçirən təşkilatların yaradılmasına və maliyyələşdirilməsinə müvəffəq olmayıblar. Növbəti bir neçə ildə MŞA/MDB regionunda bir çox dövlətlərin Avropa İttifaqına üzvlüyə can atması prosesi qanunvericilik və siyasətdə bəzi dəyişikliklərin yaranmasına səbəb olmuşdur ki, bu da yuxarıda göstərilən yanaşmaların dəyişməsinə təkan verə bilər.

Mənbə Açıq Cəmiyyət İnstitutu, Aİ Qəbul Prosesinin Monitorinqi: Kişi və Qadınlar Üçün Bərabər İmkanlar 12-14, 28-29 (2002) (Bolqarıstan Gender Tədqiqat Fondu, Bolqarıstanda İqtisadi Yenidənqurma Dövründə Özəlləşdirmənin Qadınların Sosial və İqtisadi Hüquqlarına Təsiri (1999)).Təhsil Mühitində Seksual Qısnama

 

“Problemin Tədqiqi” bölməsində seksual qısnama hallarının müzakirə olunmasında əsas diqqət iş yerində baş verən seksual qısnama hallarına yönələcək, beləki bu hal beynəlxalq hüquq və milli qanunlarda daha geniş şəkildə öz əksini tapıb. Qeyd etmək lazımdır ki, iş yerində rast gəlinən seksual qısnama formalarının bir çoxuna təhsil mühitində də rast gəlindiyinə görə milli qanunlarda təhsil müəssisələrində seksual qısnamanın qadağan olunması halları artmışdır. Təhsil mühitində seksual qısnama halları və bu cür seksual qısnama formasını qadağan edən qanunlarla bağlı ətraflı məlumatı aşağıdakı mənbələrdən əldə etmək olar:

  • U.S. Department of Education, Sexual Harassment Resources,Title IX Policy Guidance, and Title IX, Education Amendments of 1972.
  • National Education Association (NEA) often publishes guidance on sexual harassment in schools and universities. For example see the Legal Summary of Sexual Harassment Law and Education.
  • American Psychological Association: Harassment in the Hallways.
    Irish Equal Status Act, 2000
  • Australian Human Rights and Equal Opportunity Commission, Sexual Harassment and Educational Institutions: A Guide to the Federal Sex Discrimination Act
    Australian Sex Discrimination Act of 1984—Section 28 F
  • Human Rights Watch: Scared at School: Sexual Violence against Girls in South African Schools (2001); and Hatred in the Hallways: Violence and Discrimination against Lesbian, Gay, Bisexual and Transgender Students in U.S. Schools (2001).
  • Preventing Student Sexual Harassment, Wendy Schwarz, December 2000.
    Penn State University Delaware Campus, Information On Sexual Harassment.
    1998 Elimination of Sexual Abuse and Sexual Harassment in Education Act of the Netherlands.
  • 2001 Equal Treatment of Students at Universities Act of Sweden.
  • "Law in Peer-Created Sexually Hostile Educational Environment Cases Still Developing" and "Classroom Sexual Harassment and the Law: A Pennsylvania Experience" in Violence Against Women, Ed. Joan Zorza (2002)

Altmenyu