A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Cinsi Zorakılıq

 

Dövlət orqanlarında təmsil olunan rəsmilərin və ya dövlətin nəzarət etmədiyi və yaxud da edə bilmədiyi insanlar tərəfindən törədilməsindən asılı olmayaraq cinsi zorakılıq qadınların hüqüqlarının pozulmasıdır. Qadınlar polis məntəqələrində və ya dövlətin nəzarətində olan saxlama məntəqələrində rəsmilər tərəfindən zorlamalara məruz qalırlar; silahlı münaqişələr zamanı qaçqın vəziyyətinə düşərək zorlanırlar; həyat yoldaşları və ya intim partnyorları tərəfindən cinsi zorakılıqlara və təhqirlərə məruz qalırlar. Bütün bu hallarda qadınlar lazımi müdafiə və yardımdan məhrum olurlar və böyük maneələrlə üzləşirlər. Sosial normalarla birləşərək cinsi zorakılığın yaratdığı rüsvayçılıq və ləkə çox vaxt qadınların özlərinin zorakılığa görə günahlandırılması, cinayətkarın hərəkətlərinə isə haqq qazandırılması ilə nəticələnir, cinayət hüquq proseduru zamanı hücum edən tərəf deyil hücuma məruz qalmış zərərçəkən məhkəmə qarşısında dayanır, qanunlar hücuma məruz qalmış qadını zədə almadığı halda müdafiə etməkdə köməksiz olurlar və bütün bunlar qadınların davamlı olaraq cinsi zorakılıqlara məruz qalmasına şərait yaradır. Mərkəzi və Şərqi Avropada, Müstəqil Dövlətlər Birliyində (MŞA/MDB) eləcə də bütün dünyada hüquq müdafiəçiləri qadınların hüquqlarının müxtəlif yollarla baş verən cinsi zorakılıqlardan qorunması üzərində işləyirlər.

 

Hüquq müdafiəçiləri qurbanlara yadım göstərən mütəxəssislərin, hüquqi yardımların, kriz mərkəzlərinin və qaynar xəttlərin təmin olunması istiqamətində işləyirlər. Hüquq müdafiəçiləri və tibb işçiləri xəstəxanaların cinsi zorakılığa məruz qalmış qurbanların tibbi, psixoloji və emosional ehtiyaclarına cavab veməsinin təkmilləşdirilməsi eləcə də məhkəməyə müraciət etmək üçün tələb olunan sübutların toplanması və mühafizə olunması prosedurlarının hazırlanması istiqamətində addımlar atıblar. Hüquq mütəxəssisləri məhkəmə prosedurları zamanı qurbanların təkrar-qurbanlara çevrilməsinin qarşısını alan qanunların qəbul olunması, səlahiyyətindən və etibarlı mövqeyindən sui-istifadə edərək cinsi əlaqəyə girməyə məcbur edən cinayətkarların məhkəmə qarşısında dayanmasını təmin edən hüquqi islahatların həyata keçirilməsi istiqamətində mübarizə aparıblar. Hüquq müdafiəçiləri və təhsil sahəsində çalışanlar gələcəkdə cinsi zorakılıqların baş verməməsi məqsədilə gender rolları, uşaqlar və yetkinlik yaşına çatmışların münasibətləri ilə bağlı informasiyanın çatdırılması və müzakirələrin aparılmasını təmin edən məlumatlılığın artırılması proqramları və təhsil təşəbbüslərini hazırlayıblar.

 

Bu cür qlobal fəaliyyətlərin nəticəsi olaraq cinsi zorakılığın qadınların hüquqlarının pozulması kimi tanınması halları artmışdır. Beynəlxalq hüqüq dövlətlər qarşısında qadınların cinsi zorakılıqdan qorunması istiqamətində təsirli addımlar atmaq, cinayətkarları məsuliyyətə cəlb etmək və qadınların qanunla bərabər müdafiə olunmasını təmin etmək kimi öhdəliklər qoyur.

 

Altmenyu