A project by Minnesota Advocates for Human Rights

   Bizimlə Əlaqə | STOPVAW Monitor | Rus dili versiyası | Eng dili versiyası | Sayt barədə | Sayt Xəritəsi | Məxfilik | İanə verin

Source Human Rights WatchQadınların sayı: 4,263,000/8,388,000
Qadınların ömür müddəti (doğumdan): 75.2 il
Qadınların məktəb həyatı müddəti: 10 il
Yetkin qadınlar arasında savadsızlıq: 97%
Qadınlar arasında işsizlik: 1.37% (2000)
Yetikin qadınların iqtisadi fəallıq dərəcəsi: 43% (2002)


mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi http://www.azstat.org/indexaz.php1 İyul, 2005-ci ildə yenilənib. (İşsizlik üzrə statistik məlumatlar BƏT-ın "”Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı”" üzrə hesabatından əldə edilib)


sonuncu dəfə 27 Sentyabr, 2005-ci ildə yenilənib
Yuliya Qureyeva, Qadın Zorakılığına Qarşı Azərbaycan Milli Monitorinq Proqramı Məsləhətçisi tərəfindən təqdim edilib


Mühəribədən sonrakı dövrdə hökümətin qarşısında dayanan problemlər eləcə də Ermənistanla Dağlıq Qarabağərazisi üstündə yaranan münəqişə və qaçqın və məcburi köçkünlər böhranı ilə bağlı Azərbaycanlı qadınlar böyük çətinliklərlə üzləşiblər. ABŞ Dövlət Departamenti verdiyi məlumata əsasən münaqişə ərazisində baş vermiş zorakılıqlarlar zamanı insan haqqlarnın pozulmasının səviyyəsi ilə bağlı çox az məlumat var. Məruzədə mübahisəli ərazidən və Ermənistandan təxminən 800,000 qaçqın və məcburi köçkünün zorla qovulduğu və qaçdığı bildirilir. Dağlıq Qarabağmünəqişəsi nəticəsində yaranmış təhlükəsizliyin təmin olunmaması və addımbaşı insan hüqüqlarının pozulması vəziyyəti həm hökümətin həm də beynəlxalq ictimaiyyətin qadınlarla bağlı məsələlərə diqqət yetirməsinə öz ciddi təsirini göstərib.


12 Noyabr, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının25-ci Maddəsinə əsasən qadın və kişilərə tam bərabərlik hüququ verilir. Maddə 34-də isə evlilik daxilində qadın və kişilərin statusunun bərabər olduğu bildirilir. Azərbaycan Konstitusiyası və Cinayət Məcəlləsində qadınların müdafiəsinin təmin olunması ilə bağlı maddələrin öz əksini tapmasına baxmayaraq hələ də onların statusu kişilərin statusu ilə barəbər deyil. Qadınların rolu ilə bağlı mövcud ənənəvi yanaşmalar qadınlara qarşı olan zorakılıq və onların kişilərlə bərabərlik qazanmaq uğrunda apardıqları mübarizəyə diqqəti azaltmışdır. ABŞ Dövlət Departamentinin 2004-cü ildə yaydığı insan haqqları üzrə hesabatına əsasən qadınlar işçi qüvvəsinin yuxarı səviyyələrində müvafiq olaraq təmsil olunmurlar və Əmək Məcəlləsi hamilə və himayəsində azyaşlı uşaqları olan qadınların işləyə biləcəkləri yeri, vaxtı və iş saatlarını məhdudlaşdırır.


Qadınların çox az hallarda üzləşdikləri zorkılıqla bağlı məlumat vermələri səbəbindən ailə daxilində baş verən zorakılıqların həcmini müəyyən etmək çətindir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən Beynəlxalq Xilasetmə Komitəsinin ”Azərbaycanda Qadın və Zorakılıq”adlı sorğusunda 2002-ci ildə qadınlara qarşı baş vermiş zorakılıqla bağlı 317 cinayət halının və 2003-cü ildə isə 289 cinayət halının qeydə alındığı bildirilir. Azərbaycanda 2001-ci ildə 39, 2003-cü ildə isə 46 zorlama halı müəyyən olunub.
7,668 qadının cəlb olunduğu ən son və geniş araşdırma Azərbaycanda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən 2001-ci ildə aparılıb. Azərbaycanda Reproduktiv Sağlamlıq Araşdırmasıı üzrə aparılan sorğuda əsasən reproduktiv sağlamlıq problemlərinə diqqət yönəlib və eyni zamanda ailə daxili zorakılıq hallarına da yer ayrılıb. Sorğunun nəticələrinə əsasən hal hazırda/əvvəllər evli olan qadınların 30%-i təhqirlərə, 20%-i fiziki zorakılığa və 10%-i isə həyatlarının müəyyən dövrlərində həyat yoldaşları və ya keçmiş həyat yoldaşları tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. Eyni zamanda intim əlaqə zamanı partnyorları tərəfindən zorakılığa məruz qalmış qadınların yalnız 1%-i bu barədə polisə məlumat verib və ya həkimə müraciət edib və 1%-dən az bir qismi isə hüquqi yardım üçün müraciət edib.


Ailə daxilində baş vermiş zorakılıqla bağlı xüsusi qanun olmasa da, 2000-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində zorakı davranış və davamlı olaraq döyülmələr nəticəsində baş verən fiziki və ya psixoloji zərərçəkmə üzrə maddələr öz əksini tapıb (Maddə 133). Maddə 126, 127 və 128 qəsdən sağlamlığa müxtəlif dərəcəli zərər yetirmək məqsədilə edilən zorakılıq nəticəsində sağlamlığın və əmək qabiliyyətinin itirlməsi ilə bağlı cəzaları nəzərdə tutur. 125-ci Maddəyə əsasən tabeçiliyndə olan şəxsin özünə sui-qəsd və ya sui-qəsdə cəhd etməsi ilə nəticələnən hədə qorxular, qəddar davranış və ya davamlı açaldılmalar zamanı üç ildən yeddi ilədək azadlıqdan məhrum edilmə cəzası müəyyən olunub. ABŞ Dövlət Departamentinin 2004-cü ildə yaydığı insan hüqüqları ilə bağlı hesabatına əsasən izdivac zamanı zorlama və zorakılığı qadağan edən xüsusi qanunlar yoxdur. Bundan əlavə ailə daxili zorakılığın qurbanı olmuş qadınlar üçün hökümət tərəfindən maliyyələşən heç bir kriz mərkəzi yoxdur, yalnız Sülh və Demokratiya İnstitutu 2001-ci ildə belə bir mərkəzi Bakı şəhərində açıb. Azərbaycan Gənc Hüqüqşünaslar QHT-ı tərəfindən təqdim olunan ailə daxili zorakılığın qurbanına çevrilmiş qadınlar üçün yalnız bir qaynar xətt fəaliyyət göstərir ki, bunun da davamiyyət müddəti yalnız maliyyə təminatının davamlılığından asılıdır.


Cinayət Məcəlləsində zorlama (Maddə 149) və cinsi zorakılıqla (Maddə 108) bağlı maddələr vardır. Güc tətbiq etmək və hədəqorxu gəlməklə yə ya qurbanın çarəçiz vəziyyətindən sui-istifadə etməklə cinsi əlaqəyə sövq etmək kimi təyin edilən zorlama zamanı dörd ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Cinsi zorakılıq şəxsə qarşı zor tətbiq etmə, zorla fahişəliyə cəlb etmə, zorla dölsüzləşdirmə və digər bu kimi hərəkətlər beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 16 yaşından aşağı uşaqlarla cinsi əlaqəyə girmək və ya zorlama Maddə 149, 150, 152, 153-ə əsasən qadağan olunur və 15 ilədək həbs cəzası nəzərdə tutulub.


Cinəyət Məcəlləsində seksual qısnama (sexual harassment) ilə bağlı ayrıca maddə yoxdur (Seksual qısnama - əmək və yə xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici xahişlərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış). Yalnız Maddə 151-də buna oxşar davranışın yəni fərdin asılılığından sui-istifadə etməklə onu sinsi əlaqəyə girməyə məcbur etmək qadağan olunur. Lakin seksual qısnama son dərəcə vacib məsələdir, beləki bu cür davranışlar bir çox qadınların işə düzəlmsində və əmək fəaliyyətində irəli çəkilməsində maneələr yaradır. Azərbaycanda seksual qısnamaya məruz qalanlar tərəfindən heç bir məhkəmə iddiası qaldırılmayıb. Eyni zamanda Azərbaycan Sosioloji Assosiasiyası tərəfindən 2001-ci ildə 2013 qadın arasında aparılan sorğuya əsasən yalnız 37% heç bir vaxt seksual qısnamaya məruz qalmadığını bilidirib, 13% açıq aşkar və 42% isə gizli şəkildə seksual qısnamaya məruz qaldığını etiraf edib. Bu cür davranşların isə daha çox işə götürənlər (35%) və həmkarlar (26%) tərəfindən edlidiyi bildirilir.


İqtisadi çətinlik və hərbi münaqişə səbəbindən yaranan qadın alveri də önəmli problemdir. Beynəlxalq Miqrasiya Təşkilatının 2002-ci ildə yaydığı hesabata əsasən Azərbaycan insan alveri üçün mənbə və tranzit ölkə rolunu oynayır. Qadınlar əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə aparılırlar. Azərbaycanın Cinayət Məcəlləsində insan alveri ilə bağlı xüsusi maddə olamasa da, Maddə 106 məcburi qul kimi işlədilməni və Maddə 173 azyaşlılarla alver edilməsini qadağan edir. İnsanlardan qul kimi istifadə edilməyə görə cəza beş ildən on ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur, lakin cinayət “insan alveri” məqsədilə törədilibsə onda cəza mudəti yeddi ildən on ilədək artırılır.


Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin May ayında qəbul etdiyi fərmana əsasən bütün hökümət orqanları İnsan Alverinin Qarşısının Alınması üzrə Milli Fəaliyyət Planını həyata keçirməlidirlər. İlk dəfə olaraq Milli Fəaliyyət Planında insan alverinin qurbanları “zərərçəkmiş insanlar” kimi qəbul olunublar və onların təhlukəsizliyi və hüquqlarının qorunması üçün normativ aktların qəbul edilməsi nəzərdə tutulub. Bu məsələlər üzrə Daxili İşlər Nazirliyinin nəzdində Milli Koordinasiya İnstitutu yaranıb və Nazirin Müavini Milli Koordinator təyin olunub.


Azərbaycan Respublikasının Parlamenti (Milli Məclis) 28 İyun 2005-ci ildə ”İnsan Alverinə Qarşı Mübarizə Üzrə Qanunu” yekdilliklə qəbu etdi. Parlamentin İnsan Haqqları üzrə Komissiyasının sədri xanım Rəbiyyət Aslanovanın sözlərinə görə bu qanunun ölkədə insan alverinə qarşı aparılan mübarizənin səmərəliyini artıracağı gözlənilir. Rəbiyyət Aslanova bu cür tədbirlərin insan hüquqlarının qorunmasında böyük əhəmiyyət daşıdığını vurğulayır. Kommissiya Sədri Parlamentin iclasında çıxışı zamanı İnsan Alverinin Qarşısının Alınması üzrə Fəaliyyət Planının qəbul olunmasından sonra 161 nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu; 270 nəfər Azərbaycan vətəndaşı olmaqla 283 nəfər qadının bu cür fəaliyyətlərin qurbanına çevrildiyni bildirib. Qanunda İnsan Alveri, İnsan İstismarı, İnsan Alveri ilə Məşğul Olanlar və İnsan Alverinin Qurbanları hüquqi baxımdan ayrı-ayrılıqda təyin olunurlar. Bu cür cinyətkarların ədalət məhkəməsi qarşısında dayanmasını təmin etmək üçün Cinayət Məcəlləsi də daxil olmaqla ölkə qanunlarına əlavələr qəbul olunacaq. Qəbul olunmuş Qanuna əsasən insan alverinə görə mühakimə olunanların cəza müddəti 15 ilədək uzadılıb. Eyni zamanda qanunda insan alverinin qurbanlarına kömək göstərilməsi və müdafiə olunması eləcə də insan alverindən əziyyət çəkmiş insanlar üçün Azərbaycanda reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur.

İstifadə edilmiş mənbələr:


ATƏT regionunda İnsan Haqqları: Avropa, Mərkəzi Asiya və Şimali Amerika, Məruzə 2004 (2003-cü ilin hadisələri), İnsan Haqqları üzrə Beynəlxaq Helsinki Federasiyası, (23 İyun, 2004). (PDF, 14 vərəq).


İnsan Alveri üzrə Hesabat: Azərbaycan. ABŞ Dövlət Departamenti. (14 İyun, 2004).
İnsan Haqqları üzrə Ölkə Məruzəsi 2004, Demokratiya, İnsan Haqqları və Əmək Bürosu, ABŞ Dövlət Departamenti, (28 Fevral, 2005). (http://www.state.gov/g/drl/rls/hrrpt/2004/41670.htm
Qadınların Hüuqularının İnteqrasiyası və Gender Perspektivləri: Qadınlara Qarşı Zorakılıq, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları Komissiyası (E/CN.4/2003/75/Əlavə.1) (27 Fevral, 2003).


Məhv Edilmiş Ümidlər: Azərbaycanda İnsan Alveri üzrə Hesabat, Beynəlxalq Miqrasiya Təşkilatı. (2002). (PDF, 72 səh.).


Qadınlar 2000- Mərkəzi və Cənub-Şərqi Avropa və Yeni Müstəqillik Qazanmış Ölkələrdə Qadınların Hüqüqlarının Tədqiqi, İnsan Haqqları üzrə Beynəlxalq Helsinki Federasiyası, (11 May, 2000). (PDF. 13 səh.).


“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı”, Beynəlxalq Əmək Təşkilatının Məruzəsi (2003) (Word, 17 səh.). (http://www.ask.org.az/WED%20PROJECT.doc)

Gender Qiymətləndirməsi USAİD/Qafqaz/Azərbaycan, (15 Yanvar, 2004) (PDF, 44 səh.).
(www.gender-az.org/doc/en/development/assessment.pdf)

Azərbaycanda Reproduktiv Sağlamlıq üzrə Sorğu, USAID (PDF, 398 səh.)
(http://www.dec.org/pdf_docs/PNACT158.pdf)

Azərbaycanda Zorakılıq və Qadınlar, Beynəlxalq Xilasetmə Komitəsi, (PDF, 40 səh.)
(http://intranet.theirc.org/docs/IRC%20Azerbaijan%20VAW%20Assessment%20June%202004%20English.pdf)

 

Media-monitorinq “Qadınlara qarşı Zorakılıq”, Azərbaycan Gender İnformasiya Mərkəzi (Aprel, 2003) (http://www.gender-az.org/shablon_en.shtml?doc/en/library/reserch/monitoring)

Altmenyu